İlham və Fərizənin xatirəsinə: “Sevgililər Şöləni”- FOTOLAR

xudaferinİyunun 30-da saat 19:00-da “Sevgililər Gəzintisi” keçiriləcək

Ötən gün “Xural” qəzetinin baş redaktoru, “30 İyun Sevgililər Günü Təşkilat Komitəsinin” sədri Əvəz Zeynallının təşkilatçılığı ilə “Sevgililər Şöləni” keçirilib.

“Xudafərin” şadlıq evində keçirilən “Sevgililər Şöləni”nə bir sıra sənət adamları, ictimai-siyasi xadimlər, şairlər, mətbuat nümayəndələri, İlham və Fərizənin ailə üzvləri qatılıb. Tədbirin aparıcısı Ağalar Bayramov tədbiri açıq giriş sözü ilə açaraq sözü təşkilatçı Əvəz Zeynallıya verib.

Ə.Zeynallı tədbirə qatılanları salamlayıb və bildirib ki, 2003-cü ildən “Xural” qəzetinin təşəbbüsü ilə keçirilən “30 İyun Sevgililər Günü” tədbirləri bu il yenidən qeyd olunmağa başlayacaq.

Daha sonra söz digər tədbir iştirakçılarına verilib. Onlar da öz növbələrində “30 İyun Sevgililər Günü”nün önəmindən danışıblar.

“Sevgililər Şöləni”ndə Xalq artisti, müğənni Flora Kərimova iştirak edib. F.Kərimova bildirib ki, İlham və Fərizənin taleyi acı olub: “Heç kimə o taleyi arzulamıram. Biz onların taleyini yaşamaq istəməzdik, amma onların cəsarətinə, ürəyinə, sədaqətinə sahib olmaq istəyirik”.

Daha sonra müğənni repertuarından bir neçə mahnı ifa edib.

Sonda digər qonaqlar və məşhur repçi “Kabus” çıxış edib. O, bu günün unudulmaması üçün əlindən gələni edən Əvəz Zeynallıya təşəkkür edib və “Əlif” adlı repini oxuyub.

Əvəz Zeynallı tədbiri bağlı élan edib və bildirib ki, iyunun 30-da saat 19:00-da Şəhidlər Xiyabanından “Sevgililər Gəzintisi” başlayacaq: “Əvvəlcə İlham və Fərizənin məzarı ziyarət olunacaq. Sonra isə şəhərin müxtəlif yerlərində gəzintimizi keçirəcəyik”.

Qeyd edək ki, 30 iyun İlham və Fərizənin toy günüdür. Onlar 1989-cu ilin bu günü ailə həyatı qurublar. 1990-cı ilin 20 yanvarında İlham şəhid olub və onun ölüm xəbərini eşidən Fərizə intihar edərək həyatına son qoyub.

2003-cü ildən isə bu gün Azərbaycanda Sevgililər Günü kimi qeyd edilir.

xural.com 

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

İlham və Fərizənin xatirəsinə: "Sevgililər Şöləni"- Fotolar

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button