Sevgililər günü ilə bağlı imzatoplama kampaniyası başlayır…

 

“Xural” qəzetinin baş redaktoru, bir neçə il öncə 20 yanvar şəhidləri İlhamla Fərizənin toy gününün – 30 iyunun “Sevgililər Günü” kimi rəsmən tanıdılması kampaniyasının təşəbbüskarı Əvəz Zeynallı ölkənin tanınmış media, QHT nümyaıəndələrini və deputatları iyunun 29-da “Xudafərin” Şadlıq sarayına dəvət etmişdi.
Moderator.az tədbirin necə baş tutmasılyla oxucularını məlumatlandırmaq üçün Əvəz Zeynallıya aşağıdakı sualla müraciət edib:
“Bu adı rəsmiləşdirmək üçün daha hansı addımlar atmağı planlaşdırırsınız? Dəvətinizi qəbul etməyib gəlməkdən boyun qaçıranlar çox oldumu? Deputatlardan kim gəlmişdi?”
Ə. Zeynallı incikliyini büruzə verməsə də dəvətini qəbul edib tədbirdə iştirak edənlərin azlığından gileyli təəssürat bağışladı:
“Prezident İlham Əliyevə 25 iyunda müraciət etdim. Bir daha, bir daha edəcəyəm. Bu il böyük imzatoplama kampaniyasına başlamaq niyyətimiz var. Təbii ki, medianın və telekanalların da bu işdə müstəsna rolları var və onları da bu işə cəlb etmənin yollarını axtaracağam. Günün əhəmiyyətini artırmaq üçün müsəlman dövlətləri ilə işləmək, onların ictimai rəyində 30 İyunu kütləviləşdirmək lazımdır. Bu barədə ciddi düşüncələrimiz var.  Dəvətimizi qəbul etməyənlər çox oldu. Amma onlara artıq fikir vermirəm, çünki milli məfkurə heç kimin reaksiyasına və hansısa toplantıya qatılıb-qatılmamasına görə aparılmamalıdır. Deputatlardan kimsə gəlmədi. Amma mən deputatlarla daha çox işləməyin tərəfdarıyam və əminəm ki, onlar 30 İyunun daha da böyüməsinə təkan verəcəklər.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button