Əjdər Tağızadədən Tənzilə Rüstəmxanlıya cavab


əjdər tağızadə1Dünya Azərbaycanlıları Konqresinin – DAK-ın qurucularından olan Əjdər Tağızadənin xural.com-a müsahibəsi həqiqətən ciddi rezonans doğurdu. O qədər ki, DAK həmsədrinin müşaviri, Azər-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı müsahibə verərək, Əjdər Tağızadəyə “şərəfsiz, namussuz” belə dedi və “Sən Sabir Rüstəmxanlının ayağının tozu belə ola bilməzsən” başlıqlı yazı yazdı, Əjdər Tağızadəni məhkəməyə verəcəyi ilə hədələdi. Biz xural.com olaraq sətiraltı bizə yönələn eyham və təhdidlərə baxmayaraq, müsahibədə adı çəkilən adamların münasibətlərini ala bilməsək də, hörmətli Tənzilə xanımın digər saytlara verdiyi müsahibəsini “cavab haqqı” mahiyyətində yayınladıq. Bundan sonra Əjdər Tağızadə yenidən xural.com-a müraciət etdi və Tənzilə Rüstəmxanlıya cavab vermək istədiyini bildirdi. Biz keçmiş dostların arasındakı bu qovğaya müdaxilə etmədən və qarşı tərəfin də cavab haqqını məmnuniyyətlə dərc edəcəyimizi bəyan edərək, Əjdər Tağızadənin cavaba cavabını dərc edirik. Bir daha xatırladırıq ki, istər Əjdər Tağızadənin “cinayətkar” adlandırdığı İsmayıl Ağayevin, istər bütün ittihamlarını istiqamətləndirdiyi Sabir Rüstəmxanlının, istərsə də Tənzilə xanımın hər cür cavab hüquqlarını tanıyır və onları dərc edəcəyimizi bildiririk.

Biz əsl türk kişiləri qadınla ağız-ağıza vermərik

Əslində, DAK-ın həmsədri nə Firudindir, nə də Sabir Rüstəmxanlı – DAK-ın sədri Tənzilə Rüstəmxanlıdır

 

Sabir Rüstəmxanlı məni təhdid edir ki...

I hissə

– Sizin “Xural”a verdiyiniz müsahibədən sonra, müxtəlif reaksiyalarla qarşılaşdıq. Hətta sizi birbaşa olaraq ittiham edənlər də oldu…

– Biz Əbülfəz Elçibəylə Bütöv Azərbaycan ideyalarını genişləndirəndə, DAK yarananda Sabir Rüstəmxanlı adlı adam o həndəvərlərdə belə yox idi. Əbülfəz bəy dünyasını dəyişəndən sonra mənə dedilər ki, Sabir Rüstəmxanlı milliyyətçi adamdır, həm də deputatdır. Ona görə onunla görüşüb, DAK-da fəallaşmasını istədim. O zaman mən ağlıma belə gətirməzdim ki, DAK kimi bir təşkilatı bu adam bir neçə ilə bu vəziyyətə salacaq. Güneylilər o zaman məni xəbərdar etmişdilər ki, əgər Sabir həmsədr olsa, DAK-ı öldürəcək, inanmırdım. Amma zaman keçdikcə mən də şahid oldum ki, Sabir bütün bu işləri şəxsi maraqlarına görə görürmüş. Bu adamın ətrafındakı adamlar onda elə təəssürat yaradıblar ki, guya bu, türk millətinin öndəridir. Azərbaycanın güney məsələsi də Sabir Rüstəmxanlının adı ilə bağlı olmalıdır. Bu adam xəstələnib. Yəni mən baxıb görürəm ki, bu adamda özünəvurğunluq xəstəliyi yaranıb. O həddə çatıb ki, milli məsələlərdə güneylilərin də, qüzeylilərin də yerinə bu danışır. Üzdə DAK Bütöv Azərbaycanın təşkilatıdır, altda isə Sabir Rüstəmxanlı bütün güneylilərin arasını vurub, bütün dünyada yaşayan güneylilərlə min bir zəhmət hesabına yaratdığımız əlaqələri qırıb. Bunun məqsədi Bütöv Azərbaycan yox, parçalanmış Azərbaycandır. Fəaliyyətinə baxın, görəcəksiniz. Keçən dəfə ABŞ-a gedəndə özüm də dedim ona… Mahmudəli Çöhrəqanini DAK-ın Məşvərət Şurasına gətirdi guya… Sonra Çöhrəqani mənə deyir ki, Əjdər, heç başa da düşmədim ki, bu Məşvərət Şurası hansı işlə məşğuldur. Çünki bu Məşvərət Şurasının sədri olsa da, amerikalı konqresmenlə görüşə qatılmaq istəyinə Sabir etiraz etdi ki, bəs sənin adın siyahıda yoxdur. Özbaşından M.Çöhrəqanlını Bakıya gətirmək istəyirdi. Dedim, bir rəsmi şəxslərlə məsləhətləşək görək, bu adamın Bakıya gəlməsinə razıdırlarmı? Sonra da zəng elədim, dedim ki, Mahmudəli ağa, sənin Bakıya gəlməyinə razı deyillər. Axı adamı gətirərsən Azərbaycana, qəbul etməzlər, küsüb gedər. Məni dinləmədilər. Sabir Rüstəmxanlı da, Tənzilə Rüstəmxanlı da aləmi bir-birinə qatdılar ki, Azərbaycanda bizim sözümüz keçərlidir, bəs, Mahmudəli Çöhrəqani, təyyarəyə minib gəl. Gecə saat 11-də mənə zəng vurdu ki, hava limanındayam.

– Demək, Mahmudəli Çöhrəqanini bunlar Azərbaycana gətirdiblər?

– Bəli. Özü də böyük vədlərlə… Sonra da hava limanından buraxmadılar. Dedim, axı mən sizi xəbərdar etmişdim ki, bu məsələlər bu cür həll olunmur. Sonra da M.Çöhrəqani küsüb getdi, vəziyyət daha da xarablaşdı. Axı siz dövlət deyilsiniz. Dövlət özü bəlkə bildiyi bir şeylər var və qərarı o verir, deyir ki, gəlməsin. Siz niyə ortaya düşüb, özünüzü göstərirsiniz? Özü də dövlətlə baş-başa gəlirsiniz. Aaaa… siz dövlətdən də sözükeçərli deyilsiniz axı… Bütün güneylilər də özləri üçün nəticə çıxardılar ki, əgər Çöhrəqanini Azərbaycan qəbul etmədisə, demək bizi də Azərbaycan istəmir. Dövlətin özünü çətin vəziyyətdə buraxdınız.

– O zaman Çöhrəqanini Bakıya gətirməkdə məqsəd nə idi?

– Hamıya özlərini göstərmək istəyirdilər ki, baxın, deyirsiniz Mahmudəli Çöhrəqani Güney Azərbaycanda liderdir, hətta güneylilərin lideri də mənim əlimin altında işləyəcək. Məqsəd bu idi. Yoxsa niyə Kərbəlaya bunu göndərir, Amerika konqresmeni ilə özü görüşür ki?.. Bütün işlərini elə qurur ki, hamı bunun oyuncağı olsun…

– Bütün bu açıqlamalarınızdan sonra onlar sizi məhkəməyə verəcəkləri ilə hədələyirlər…

– Nəyə görə? Yalan deməmişəm ki…

– Hətta sizin haqqınızda “şərəfsiz, namussuz” da deyiblər…

– O zaman mən birinci başlamadım. Özləri bunu istədilər. Bu xanım indi şərəfdən, namusdan danışır. Deyirəm və altını da çizirəm. Biz əsl türk kişiləri qadınla ağız-ağıza vermərik. Gəlsin bu sözlərimə görə avropalılar məni öldürsünlər ki, niyə qadına ikinci dərəcəli baxdın. Xeyr. Mən bir qadın əgər məni namussuzluq və şərəfsizlikdə ittiham edirsə, mən onunla ağız-ağıza vermərəm. Bu işi həvalə edirəm Rüstəmxanlı tayfasının ağsaqqalı, oruc tutan, namaz qılanı Sabirin dayısı Tağı dayıya. Qoy o namus məsələsində Tənzilənin cavabını versin. O məsələni mən bir elin ağsaqqalına həvalə edirəm. (Burada Tənzilə Rüstəmxanlının şərəf və ləyaqətinə xələl gətirə biləcək sözlərə yer verildiyinə görə, redaksiya zəruri ixtisar edir – Red.) …bu adam DAK-a necə iddialı ola bilər? Əgər öz ailəsini qadını idarə edirsə, bir millətin taleyini həll edəcək bir təşkilatı bu necə idarə edə bilər?

– DAK-ın həmsədri kimi…

– Xeyr. Əslində, DAK-ın həmsədri nə Firudindir, nə də Sabir Rüstəmxanlı. DAK-ın sədri Tənzilə Rüstəmxanlıdır. Qalanları onun əmrlərini icra edirlər. Demirəm ki, Tənzilə DAK-dan uzaq durmalıdır, yox. Gəlsin, üzvü olsun, tədbirlərində iştirak eləsin, amma işlərinə və fəaliyyətinə birbaşa qarışmağa onun heç bir haqqı yoxdur. Sabir də bunun sözüylə DAK-ın papağını qoyur VHP-nin başına, VHP-nin papağını Azəri-Türk Qadınlar cəmiyyətinin başına, onun da papağını qoyur DAK-ın başına… Sonra da deyirlər ki, Əjdər Tağızadə DAK-da heç bir iş görmür. Mən DAK-dayam. Bütün VHP-lilərə də hörmətim var. Mən cavab istəyirəm – VHP-lilərin DAK-da nə işi var? Onların çoxu ümumiyyətlə Sabirin hansı oyunu qaynatdığından xəbərsizdirlər. Ayrı-ayrılıqda dövlətdən VHP üçün DAK-üçün pul alır. Sonra da VHP-yə 200 manata işlətdiyi uşaqlara DAK-ın da işini gördürür. Faktiki bu adam yüzlərlə adamı oyununa salıb. Tənzilə Rüstəmxanlı 6-7 dənə şəxsi xəbər saytları açdırıb. Sual verirəm – o saytları hansı pullarla maliyyələşdirirsən? Sabir Rüstəmxanlı məni təhdid edir, deyir ki, “əgər DAK məsələsində mətbuatda dilin atarsa, bu ölkədə abırsız olarsan”… İndi öz aləmində məni qorxudur ki, bax aaa… dilin atar, səni saytlarımızda beşbetər edərik, heç kəs də səsini eşitməz. Şərimizlə, böhtanımızda bu ölkədə səni abırsız edərik. Hə, indi nə demək istəyirsiz, DAK-ın pullarıyla saxladığınız saytları mənim canıma daraşdıracaqsız? Onsuz da bu məmləkətdə hamı Sabir Rüstəmxanlını tanıyır. Çıxıb bir işini tənqid edərsən, bütün mətbuatı işə salıb, səni təhqir də edər, abırsız da… Bir şey də olan kimi deyir ki, “Ötürərəm uşaqları qabağa…” Fakt var. Bunlar belə adamlardır… Mən tək deyiləm. Bütün respublika bunları tanıyır. Mən müsahibə vermişəm, bir dəfə də təhqirə yol verməmişəm. Sən mənə təhqiri təhqir dalınca edirsən. Sonra da hədə-qorxu gəlirsən ki, səni məhkəməyə verəcəm. Niyə? Nəyimi verəcəksən məhkəməyə? Məhkəmələrdə nüfuzunuza arxayın olub, sözünüzün keçərli olacağına inanırsız? Ay-hay. Əgər Azərbaycan həqiqətən də hüquqi dövlətdirsə, o zaman onun bir millət vəkilinin nə həddinədir ki, məhkəmədə şər-böhtan yolu ilə bir adamı tutdursun. Özü də mən Azərbaycan vətəndaşı deyiləm, İsveçrə vətəndaşıyam. İki dövləti öz maraqlarınız naminə necə üz-üzə qoya bilərsiniz? Məhkəmədə mən də dilsiz durmayacam ki… Bir də baxarsınız ki, məhkəmə məsələni siyasi skandala çevirdi. O zaman itirən mən yox, siz olacaqsınız.

– Hansı uşaqlardan söhbət gedir?

– Mən hələ bir kəlmə deməmişdim, bir də gördüm bütün qızcığazlarını, quşcuğazlarını ötürüb mənim üstümə. Bütün mətbuat mənim üstümə gəlir, dediklərimi də təhrif edib yazırlar. Bunlar olur “haqlı”… Bu uşaqlardan sui-istifadə edir. S.Rüstəmxanlı özünü “türkçü”, “millətçi” olaraq təqdim edir… Qardaşım, bu adam özünü türk millətinin öndəri olaraq təqdim edir. Mənə heç olmasa bir nəfər milliyyətçi türkçü öndər göstərin ki, gününün çoxunu kefli (sərxoş – Red.) keçirsin. Dəfələrlə xarici səfərlərdə də xəbərdarlıq etmişəm ki, sən burada Azərbaycanı təmsil edirsən, belə aşağı hərəkətlər eləmə. Mənə deyir ki, “qoymur bu keşiş nəfəsimizi çəkək…” Sonra da iddia edir ki, Azərbaycanın güneyində də, quzeyində də, hətta Türkiyədə də öndərliyi mən götürmüşəm. Yox, qardaşım, elə deyil. Sən ümumiyyətlə, türkçülüyün, millətçiliyin nə olduğunu bilmirsən. Öndərlərin necə öndər olduqlarını bilmirsən. Kef çəkə-çəkə millətin dərdini çəkə bilməzsən. Sən millətçi olmaq üçün millətin özü olmalısan. Bu elə bilir ki, Türkiyədə Gülənlə danışa gedib Ərdoğanın yanında poza verib şəkil çəkdirməklə, adam türk millətinin öndəri olur… (Gülür…) DAK üzvü olan generallarımızı zindana atan Ərdoğanın pulu ilə Türkiyədə tədbir keçirir, sonra da Gülənin adamlarına deyir ki, mənim türk iqtidarı ilə salaməleykümüm var. Bir yandan Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev haqqında ağzına gələn təhqirlərlə danışır, o biri yandan Ramiz Mehdiyevin kitabına rəy yazır, onu tərifləyir.

– Ramiz Mehdiyevi kim təhqir edir ki?

Davamı var…

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button