TQDK abituriyentlərə müraciət etdi

tqdk4Tələbə Qəbulu üzrə Dövlət Komissiyası V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Bizimyol.info TQDK-ya istinadən xəbər verir ki, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər rin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.
11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.
V qrup üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanı üzrə şərtlər və digər vacib məlumatlar 2 saylı “Abituriyent” jurnalında dərc olunub.
Müsabiqə şərtlərini ödəyən abituriyentlərin nəzərinə çatdırılır ki, kimin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilə bilməz. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.
Qeyd edək ki, adıçəkilən istiqamətlər üzrə qəbul imtahanı 2 iyul tarixində keçirilib. Ötən gün isə imtahanların nəticələri elan olunub. İmtahan nəticələri ilə TQDK-nın internet saytında (www.tqdk.gov.az) və ya iş nömrənizi ( buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərsiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button