İlham Rəhimov “Xural”a elə şeylər danışdı kı…

ilham rəhimov1xural.com İlham Rəhimovdan gündəmə damğa vuracaq müsahibə götürdü..

O, hər zaman Azərbaycan mətbuatının gündəmində olub. Haqqında olur-olmadıq şeylər yazılıb. Zamanında “Xural” olaraq da onu ən çox tənqid edənlərdən olmuşuq. Ancaq heç bir zaman azad mətbuata, müstəqil mediaya qarşı qırmızı xətti keçməyib. Söz azadlığına diqqətli yanaşıb. Hətta ən ağır zamanlarımızda – şərlənib içəri atılanda hamıdan, ələlxüsus da ondan – İlham Rəhimovdan zərbə gözləyərkən, bizə əl uzadıb. Əlindən gələni edəcəyini bildirib. Bəlkə də edib, amma bu, çox unikal və maraqlı hadisədir. Məmləkətdə dost deyib qulluğunda durduqların, ürək qızdırıb böyük bildiklərin bir çoxları üzünə durmaq üçün fürsət gözləyərkən, zamanında incitdiyimiz və haqqında yazdığımız, tənqid etdiyimiz bir adam bu qaranlığın içində bizə əl uzadırdı. Biz təbii ki, mənəvi planda o əli sıxdıq. Qiymətləndirdik. Tanrı, beynəlxalq və yerli hüquq müdafiəçiləri və Azərbaycan prezidenti azadlığı qismət etdilər və biz bizə əl uzadan o adamla müsahibəyə getdik.

İlham Rəhimovla çox şeydən danışdıq. Bəzi suallarımıza cavab verməsə də, əsasən, verdiyimiz bütün sualları cavablandırdı. Onunla ilk sevgisindən tutmuş dostluğa bəslədiyi münasibətə, həyat yollarındakı çətinlikdən tutmuş “oliqarx” adının verdiyi əsəbə qədər danışdıq.

– Uşqlıq xəyalları və arzuları nələr idi?

– Putinə dost kimi güvənmək olarsa, milli məsələlərdə necə, ona dost kimi güvənilə bilərmi?

– Aşıq musiqisini sevir, amma niyə “Saz Mərkəzi”miz yoxdur?

– Putinlə bir-birinə verdikləri hədiyyələr nələrdir?

– Bəs Hacı Zeynalabdin Tağıyevin Parisdəki masası?.. Onun müqaviləsini davam etdirə bilərmi?

– Bir zamanlar dost olduqları və sonralar münasibətləri kəskinləşən adamlara qarşı addım ata bilərmi?

İlham Rəhimovun bu müsahibəsi səhərdən xural.com-da…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button