Emin Millinin qohumu həbs edilib

 “Bu həbs mənim fəaliyyətimlə bağlıdır”Meydan TV-nin icraçı direktoru Emin Millinin qaynı Nazim Ağabəyov iyulun 23-də həbs edilib. O, narkotik maddə satışında ittiham olunur.  Bu barədə Emin Milli şəxsi Facebook hesabında məlumat verib: “Ölkə başçısı İlham Əliyev həyat yoldaşımın qardaşı Nazim Ağabəyovu həbs etdirib. O, çox absurd ittihamla – narkotik maddə satışında ittiham olunur. Göstərilən ittihamla qaynım 12 il həbsdə qala bilər. Bu addım İlham Əliyevin geniş yayılmış təcrübəsidir. O, qohumları cəzalandırır və sənə görə onları “girov” götürür”.

Emin Milli bildirib ki, qohumunun həbsi onun gənclər və idman naziri Azad Rəhimovdan aldığı təhdiddən  bir neçə həftə sonra baş verib.  “Bu hadisədən sonra isə iyunun 30-da Meydan TV-nin 4 işçisinin sərhəddən çıxışına qanunsuz olaraq qadağa qoyulmuşdu”.

Televiziya rəhbəri bu həbsin onun fəaliyyətinə təsir etməyəcəyini bəyan edib : “Mən  16 ay həbsdə qalmışam. Həbs olunduğum dönəmdə atam rəhmətə getdi. Bundan sonra da mənə təzyiqlər olub, amma mən bunu ictimailəşdirməmişəm. Bu təzyiqlərin ancaq bir hədəfi olub; məni susdurmaq və Meydan TV-ni susmağa məcbur etmək. Onlar məni və ailəmi öldürsələr belə, mən işimi dayandırmayacam və həqiqəti danışmağı tərgitməyəcəm. Mən işimi təkcə Azərbaycanda görməyəcəm, onu dünyanın bir neçə ölkəsində yaymaq fikrim var”.
Nazim Ağabəyov İT üzrə mütəxəssisdir.

Oxşar hadisə “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidovla da baş verib. Onun əmisi oğlu Rövşən Zahidov 20 iyulda 25 sutka həbs cəzası alıb. Bundan sonra onun evində axtarış aparılarkən narkotik maddə tapılıb. Axtarışı hansı hüquq-mühafizə orqanının apardığı məlum deyil. Jurnalistin qardaşı oğlu Tural Zahidova da 30 sutka həbs cəzası verilib. Jurnalist Qənimət Zahidov bu həbsləri “Azərbaycan saatı” verilişinin fəaliyyəti ilə bağlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button