Brilyant alarkən ehtiyatlı olun!

qizil satisiMərkəzi Univermaqdan (MUM) alınan bahalı brilyantlar saxta çıxdı

Bakıda keçən il zinət əşyası alan qadın polisə müraciət edib.

xural.com-un lent.az-a istinadən verdiyi xəbərə görə, Kəlbəcər rayonundan məcburi köçkün olan 1964-cü il təvəllüdlü Aslanova Kifayət Məhəmməd qızı bildirib ki, keçən ilin avqust ayında Mərkəzi Univermaqda tanışı Musayeva Sevda Şahpələng qızına 4 min manat ödəyərək brilyant qaşlı zinət əşyası alıb.

Bu günlərdə həmin əşyanı mütəxəssisə yoxlatdıran K.Aslanovaya brilyantların saxta olduğunu bildiriblər.

K.Aslanova dələduzluq əməlindən zərər çəkdiyini bildirib və polisdən məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

Araşdırma aparılır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button