15 min manatdan asılı olan şair ömrü… – FOTOLAR

gdtuhbslk
Kənan Hacı Azərbaycan ədəbiyyatının, mətbuatının ən sadə, sakit, abırlı, təvazökar insanlarından biridir. Müxtəlif media qurumlarında, yaradıcılıq ocaqlarında çalışıb. Başını aşağı salıb yaradıcılığı, öz işi ilə məşğul olub həmişə. Elə bu təvazökarlığın nəticəsidir ki, heç həmkarları olaraq biz də onun 8 ildir ağır xəstəlikdən – Hepatit C virusundan əziyyət çəkdiyini bilməmişik. Dəfələrlə xəstəliyi ağırlaşsa da, heç kimə deməyib, kömək istəməyib, dərdini danışmayıb. Qarşısı alınmazsa, çox ağır nəticələrə səbəb olan bu xəstəlikdən müalicə olunmaq üçün imkanı da olmayıb. Kirayədə yaşayan, aztəminatlı jurnalist, tərcüməçi maaşı ilə dolanan Kənanın illər keçdikcə səhhəti daha da ağırlaşıb. İndi işləmək qabiliyyətini də itirmək üzrədir. Həyat yoldaşının təkidi ilə bir neçə gün əvvəl xəstəliyini ictimailəşdirib və kömək olunmazsa, həyatını itirəcəyini açıqlayıb mətbuata.
Kənan Hacı “Bizim Yol”un qonağı oldu. Özünü narahat hiss etdiyi, səhhətinin qaydasında olmadığı açıq hiss olunur. Gözlərində, baxışlarında da narahatlıq açıq sezilir. Ancaq ümid edir ki, həmkarlarının da dəstəyi ilə bu çətinliyi, səhhətindəki problemləri dəf edə biləcək.  Söhbətə də elə xəstəliyi barədə məlumatla başladı.
“Həkim dedi ki, nə qədər yaşayarsan yaşayarsan…”
“Bu xəstəliklə bağlı heç bir anlayışım yox idi. 2006-2007-ci illərdə ağrılarım başladı. Düşündüm ki, soyuqdəyməm var. Yüngül müalicə etdirdim və ağrılar keçib getdi. 2-3 ay keçmişdi ki, sağ tərəfimdə ağrılar yenə başladı. 2007-ci ildə yaxın bir insan mənə məsləhət verdi ki, qaraciyərlə bağlı analiz verim. Analizin nəticələrindən məlum oldu ki, ağırların səbəbi Hepatit C xəstəsi olmağımdır” – deyir şair-yazıçı Kənan Hacı.
O, 8 ildir ki, Hepatit-C xəstəliyindən əziyyət çəkir. Ancaq, maddi problemlər səbəbindən uzun müddətdir ki, müalicə ala bilmir. Bir neçə gün öncə mətbuatın gündəminə gələn şair-yazıçı həmkarlarına, dövlətimizə, imkanlı şəxslərə müraciət edərək sağalmaq üçün yardım istəyib.
K.Hacı ilkin dönəmlərdə xəstəlik haqqında məlumatsız olub. Ancaq Hepatit C haqında öyrəndikdən sonra dəhşətə gəlib. Öyrənib ki, hepatit C ən təhülkəli xəstəliklərdən biridir. O, analizlərin səhv ola bilcəyini düşünərək bir neçə xəstəxanada təkrar analiz verib. Deyir ki, həm dövlət xəstəxanalarına, həm də özəl xəstəxanalara müraciət edib: “İnanmırdım. Deyirdim ki, birdən səhv olar. Ancaq 4 yerdə verdiyim analizlərin hamısında cavablar eyni oldu. Yenə də bir az qeyri-ciddi yanaşdım. 2008-ci ildə vəziyyətim indiki kimi ağırlaşdı. Onda da 1 nömrəli xəstəxanaya getdim. Orada həkim Vaqif Baloğlanov baxdı və dedi ki, bu xəstəliyin müalicəsi çox bahadır. Mən də kasıb insanam. Bu müalicəni qarşılaya bilməzdim. Həkim 300-400 manatlıq sistemlər yazdı ki, qaraciyəri möhkəmlətsin. Sistemləri vurdurdum, dərmanları atdım. Həkim dedi ki, bax gör imkanın varsa, müalicə elətdir. İmkanın yoxdursa, da nə qədər yaşayarsan yaşayarsan. Ondan sonra nasaz olsam da, yenə işə gedib-gəlirdim. 2012-ci ildə yenə vəziyyətim ağırlaşdı. Yenə də həmin həkimin yanına getdim. USM-dən keçdim. Dedi ki, qaraciyərdə şiş, böyrəklərdə də dəyişiklik var. 400-500 manatlıq yenə iynə-dərman yazdı. Həkim özü də dedi ki, bunları yazıram. Ancaq müvəqqətidir. İşə gedib-gəlməyinə, yatağa düşməməyinə görədir”.
“Xəstəliyimlə bağlı iş qabiliyyətimi tirimişəm”
K.Hacı deyir ki, 2012-ci ildə vəziyyəti ağırlaşan vaxtı ayaqları tutulmağa başlayıb. Ondan sonra 3 il keçib. Qış aylarında isə yenə də ağrıları olub: “10 gün bundan öncə dəhşətli ağrılarım başladı. Sözün düzü, qorxdum. Yoldaşım da dedi ki, bu vəziyyəti ictimailəşdirək. Çünki ağrıların şiddətlənməyi ciddi siqnaldır. Ondan sonra belə… Vəziyyətin bu qədər ağırlaşmasına səbəb imkansızlıq olub. İndiyə kimi heç bir dövlət qurumuna müraciət etməmişəm. Bu yaxınlarda mətbuata müsahibə verdikdən sonra mətbuatda oxudum ki, yazıçılar Prezidentə müraciət hazırlayırlar. Dostlar da sağ olsunlar, maraqlanırlar”.
Maddi vəziyyətə gəlincə isə, K.Hacı deyir ki, indiyə kimi heç vaxt yazdığı kitablardan qonorar almayıb: “Azərbaycanda kitabın vəziyyətini bilirsiniz. Ədəbiyyat gəlir gətirməyən sahədir. Bəxtimiz belə gətirib ki, ədəbiyyat adamı olmuşuq. Mən həmişə mətbuatla sıx bağlı adam olmuşam. 1995-ci ildən müxtəlif qəzetlərdə yazılar yazmışam, müxbir işləmişəm. Son vaxtlar xəstəliyimlə bağlı iş qabiliyyətimi tirimişəm. Sonuncu iş yerim Prezident yanında Tərcümə Mərkəzi olub. Oradan da özüm ərizəmi yazıb çıxmışam. Gördüm ki, işə gecikirəm. Mən də məsuliyyəti sevən adamam. Bu yaşımda söz götürəsi deyildim ki… Ona görə dedim ki, işləyə bilmirəm və ərizəmi yazıb çıxdım. Ondan əvvəlki iş yerlərimdə də elə olub. Xəstəlik imkan vermədi. İndi 3 aydır ki, işsizəm. Ailəmizdə 2 nəfərik. Yoldaşım və mən. Ancaq buna baxmayaraq dolanışıq çox çətindir. İşləyən vaxtı bankdan kreditlər götürmüşəm. İndi onlar da yüklənib mənim üstümə. Heç bir gəlir yeri olmaya-olmaya banka pul ödəyirsən. Düşünün indi vəziyyət necədir”.
Cəmi 15 min manat…
Yazıçının yenidən sağlamlığına qovuması üçün 10-15 min manat məbləğində vəsait tələb olunur. Xəstəliyin müalicəsi isə həm ölkə daxilində, həm də ölkə xaricində mümkündür: “Bəzi dostlarım deyir ki, “müalicə üçün İrana gəl”. Deyilənə görə, orada bir qədər ucuz başa gəlir. Sonra yaxın bir dostum dedi ki, səni Samsuna apararam. Orda yaxşı bir həkim var. İndi bilmirəm necə olacaq. Xəstəliyimlə bağlı mətbuatda məlumat yer aldıqdan sonra saytların biri Səhiyyə Nazirliyindən mənim xəstəliyimlə bağlı açıqlama alıb. Deyiblər ki, Səhiyyə Nazirliyinin hepatit C ilə bağlı 20 yanvar yaxınlığında mərkəzi var. Ora müraciət etməyimi məsləhət görüblər. Hepatit C xəstələrinin pulsuz dərmanlarla təmin olunması üçün Prezidentin sərəncamı var. Sözün açığı, ora müraciət etməmişəm. Ona görə də bir şey deyə bilmərəm”.
“Komissiyaya müraciət etsin, kömək göstərərik”
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə xüsusi Komissiya var: “Komissiya İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında yerləşir. Komissiyanın sədri professor Murad Baxşıyevdir. Mərkəzin binası Zərdabi 96 ünvanındadır. Kənan Hacı mütləq ora müraciət etməlidir. Burada müayinə və mülaicə tamamilə pulsuzdur. Həmin komissiyanın üzvlərindən biri olan Həqiqət Rzayeva ilə də əlaqə saxlaya bilər. O, Kənan bəyə lazımı köməklik göstərəcək”.
Bizimyol.info olaraq Həqiqət Rzayeva ilə də əlaqə saxladıq. O, bildirdi ki, hepatit C xəstələrinə Səhiyyə Nazirliyinin proqramına əsasən pulsuz müalicə təyin edilir: “Bunun üçün bütün xəstəliklərlə bağlı analizlər olunmalı, sənədlər toplanıb verilməlidir komissiyaya. Komissiya 20 yanvar metrosu yaxınlığında İnnovasiya və səhiyyənin təşkili mərkəzində yerləşir. 1-ci mərtəbədə sənədlər qəbul olunur. Ondan sonra komissiya sənədlərə baxır. Xəstədə əks göstərici yoxdursa, onda ona müalicə təyin olunur. İki dərman preparatı – interferon və ribovirin xəstələrə pulsuz verilir. Xəstələr də müalicəsini, vəziyyətinə görə, yəni ehtiyac varsa stasionarda, ya da ki, yaşadığı ünvana aid olan tibb müəssisəsində həkimlərə müraciət edib dərmanı aldıqdan sonra aparırlar”.
Gəlin, Kənanı yaşadaq!
Əziz həmkarlar! Gəlin, Kənan Hacıya dəstək olaq. Dövlət qurumlarına, aidiyyatı strukturlara müraciətlərlə yanaşı, hərəmiz imkanımız çatdığı qədər ona maddi dəstəyimizi əsirgəməyək. Artıq bunun üçün həyat yoldaşının adına bank hesabı da açılıb. Məsələnin ictimailəşməsindən sonra həmkarlarının diqqətindən, mənəvi dəstəyindən razıdır. Biz də mənəvi dəstəklə yanaşı maddi köməkliyimizi də göstərək.
Bank hesabı:  AZN
HESAB SAHİBİ: ƏLİMƏMMƏDOVA İLHAMƏ ŞİRBALA QIZI
HESAB NÖMRƏSİ: 3801000017574315152
İBAN: AZ82JBBK03801000017574315152
BANKIN ADI: Bank of Baku ASC-nin “YASAMAL” filaialı
VÖEN:1700038881
KOD: 506322
Müxbir hesab: AZ27NABZ01350100000000007944
S.W.I.F.T: JBBKAZ22
Telefon: (99412) 4338515
Fax: (99412) 4338515
sfhteyh jfggfn asfdag adfsdg 65tr

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button