Sənətkardan Türkiyəyə dəstək

Ağalar_BayramovAğalar Bayramov

Qardaş Türkiyə yenə sinağa çəkilir… 1915-ci ildə arzusu ürəyində qalan İngiltərə, Fransa, Yunanıstan, Rusiya, Ermənistan PKK-ni qabağa veriblər… İran da bu tərəfdən qoşulmaqdadır…
Əziz həmvətənlərim, əziz Türkiyə Cümhuriyyətinin vətəndaşları, sarsılmayın, bu yolda verilən qurbanlar, şəhid qanları sizləri ruhdan salmasın! Özgürlük qurban tələb edir!
İndi bu meydanda dostunla düşməninin bilinən vaxtıdır TÜRKİYƏM… Sən döyüş meydanından qələbələrlə çıxmısan!
Sənin qələbənə inanıram, mənim TÜRKİYƏM!!! Mən səninləyəm! Sənin yanındayam!

Səni tora salmağa neçə tor hazırlanır,

Hazırlanır, özü də necə zor hazırlanır…
Neçə alçaq, başkəsən, gorbagor hazırlanır…
Bərədə pusqu quran ovçulara ov olma,
İştahlı gödənlərə yağlanan plov olma,
Özün öz əllərinlə özünə buxov olma…
Aydınlığa çıxanı çəkərlər qaranlığa…
ANA VƏTƏN, hazırlaş böyük qəhrəmanlığa!!!

Ağıl – düşmən qəlbinə sərrast dəyən güllədir,
Mərdlik – düşmən üzünə tərs açılan şillədir,
Milləti qaldırmağa hər tabut bir pillədir,
Sən baxma yollarına şər dalınca şər çıxır,
Bir ölənin yerinə. meydana min ər çıxır,
Böyük xalqın yoluna böyük ölümlər çıxır,
Bu ölməz həqiqəti düşün bircə anlığa,
ANA VƏTƏN, hazırlaş böyük qəhrəmanlığa!!!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button