“Müsavat Partiyası adından saxta arayışlar verilib”

gdh“Mühacirətə gedənlərə saxta arayış və vəsiqə verilməsi ilə bağlı məsələ Müsavat Partiyası tərəfindən aşkar edilib və məsələnin araşdırılması üçün məhkəməyə müraciət olunub”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, problemin partiya tərəfindən araşdırılmasına heç bir ehtiyac olmayıb:

“Nə mən, nə də partiya üzvlərindən hər hansı biri heç kəsə saxta arayış verməmişik. Amma ortada müəyyən saxta arayışlar var və təsdiqlənib ki, həmin sənədlərdə saxtalaşdırılma aparılıb.

Həmin saxtalaşma Müsavat Partiyası tərəfindən həyata keçirilməyib.

Bu baxımdan da problemi hüquqi müstəvidə, məhkəmə yolu ilə həll etməyə qərar vermişik. Bizə şər atan həmin insanlar da əllərindəki həmin sənədləri məhkəməyə təqdim etsinlər və araşdırma aparılsın. Müsavat Partiyası buna qarşı deyil, tam tərsinə, məsələnin həll olunmasının tərəfdarıyıq.

Biz istəyirik ki, həmin şəxslər hüquq çərçivəsində cəzalandırılsın”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button