Tanınmış bank manatla kreditləri dayandırdı: “Göstəriş var” – Eksklüziv

asadsad“Turanbank” manatla kreditlərin verilməsini dayandırıb.
Bu barədə Bakuİnfo.az-a bankdakı mənbə bildirib.
Adının çəkilməsini istəməyən kredit mütəxəssisi müxbirimizlə söhbətində bildirib ki, “Turanbank” artıq ötən həftənin cümə günündən etibarən kreditlərin manatla rəsmiləşdirilməsini dayandırıb:
“Bu barədə bizə Mərkəzi Bankdan məktub daxil olub. Məktubda  kreditlərin bundan sonra dollarla rəsmiləşdirilməsi haqda göstəriş var”, – deyə bank əməkdaşı vurğulayıb.
Kredit mütəxəssisi manatla kreditlərin nə zaman bərpa olunacağı haqda heç bir məlumata malik olmadığını da bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button