Apellyasiya Məhkəməsi Gültəkin Hacıbəylinin xeyrinə qərar çıxardı

gultekinBu gün Apellyasiya Məhkəməsi  hakim Abid Abdinbəyovun sədrliyilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə keçirilən iclasda Yasamal rayon məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qərarını ləğv etdi və işi yenidən baxılması üçün Yasamal rayon Məhkəməsinə qaytardı.

Bu barədə xural.com -a  G.Hacıbəylinin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, qərarın ləğv edilməsinə əsas kimi, Yasamal rayon Məhkəməsinin 2013-cü il oktyabrın 7-də keçirdiyi hazırlıq iclasında G.Hacıbəylinin vəkilinin iştirak etməməsi göstərilib. E.Sadıqov bildirib ki, həmin vaxt G.Hacıbəyli ilə müqavilə bağlanmadığından o hazırlıq iclasında sabiq deputatın hüquqlarını müdafiə edə bilməyib.

Buna baxmayaraq,  Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyev iclası davam etdirib ki, bu da hüquqi prosedura ziddir. Mehraliyev serdar

Müqavilə bağlandıqdan sonra E. Sadıqov  Yasamal rayon Məhkəməsində keçirilən prosesdə ittihama xitam verilməsi barədə vəsatət verdiklərini, lakin məhkəmənin həmin vəsatətə münasibət bildirmədiyini söyləyib.

* 2015-ci il yanvarın 22-də Yasamal Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı onun keçmiş həyat yoldaşı Mehdiyev Mahmud Lətif oğlu və baldızı Mehdiyeva Aynur Lətif qızı tərəfindən qaldırılan iddiaları təmin edib.

Mehdiyev Mahmud Lətif oğlu və onun bacısı Mehdiyeva Aynur Lətif qızını Yasamal Rayon Məhkəməsinə Gültəkin Hacıbəylinin  Cinayət Məcəlləsinin 147.1 (147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında iddia ilə müraciət ediblər.

Gültəkin Hacıbəyli iddianı absurd adlandırıb və bütün baş verənləri siyasi fəaliyyətinə təzyiq kimi dəyərləndirib: “Azərbaycan məhkəmələrindən hər şey gözləmək olar. Mahmud Mehdiyevə bu qədər açıq böhtanların müqabilində bəraət verən, yaxud iki ağır cinayət törətmiş Aynur Mehdiyevaya 8, il 6 ay həbs qarşılığında şərti cəza verən məhkəmələrdən hər şey gözləmək olar. Ona görə də məhkəmələrin ədalətli keçiriləcəyinə proqnoz verə bilmərəm. Amma istənilən ittiham hökmü Azərbaycan məhkəmələri üçün rüsvayçılıq olacaq və mən bunların qarşılığında mübarizəmi davam etdirəcəm”.
Sabiq deputat deyib ki, əslində, bu işin icraata götürülməsi absurddur. Çünki ittiham saxtadır.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button