“Qəbələ”dən Cavid Hüseynovla bağlı bəyanat

dzhavid_guseynov_futbolist_3333“Qəbələ” hazırda həbsdə olan futbolçusu Cavid Hüseynovu Avropa Liqasının qrup mərhələsinin oyunlarına sifariş etməsiylə bağlı bəyanat yayıb.

Teleqraf.com həmin bəyanatı təqdim edir:

“Qəbələ” İdman Klubu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasıyla bağlı yaranan çoxsaylı suallara cavab olaraq bildirir ki, adıçəkilən futbolçumuz barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır. Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. İstintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o, qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq, Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil”.

Bu il avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində “Qəbələ”nin üzvü Cavid Hüseynovun özü kimi futbolçu olan bibisi oğlu Elşən İsmayılov və onun dostları tərəfindən döyülmüşdü. Rasim Əliyev avqustun 9-da xəstəxanada vəfat etmişdi. Jurnalistin ölümünə görə Cavid Hüseynov, Elşən İsmayılov və jurnalistin döyülməsində iştirak edən digər şəxslər həbs edilib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button