|

Kişilərin ikinci ürəyi – Prostat

Prostat vəzinin adenoması

Prostat vəzi həyati vacib orqandır, onu bəzən “kişilərin ikinci ürəyi” də adlandırırlar

Prostat vəzinin adenoması dedikdə, bu vəzidə xoşxassəli şişin əmələ gəlməsi nəzərdə tutulur. Buna başqa sözlə prostat vəzinin hiperplaziyası da deyilir. Prostat vəzinin adenoması uzun illərdir yaşlı kişilərin əsas problemlərindən biri olmaqda davam edir. Statistik məlumatlara görə, 40 yaşdan yuxarı kişilərin 50%-də prostat vəzidə adenoma əlamətlərinə rast gəlinir. 80 yaşdan yuxarı isə demək olar ki, bütün kişilərdə adenoma əlamətləri var.
Prostat adenomasının əmələgəlmə səbəbləri kişilərdə yaş artdıqca qanda androgenlərin (kişi hormonlarının) miqdarı tədricən azalır. Bu isə prostat adenomasının əmələgəlməsində əsas risk faktoru rolunu oynayır. Bundan başqa, irsi amillərin də rolu vardır. Yaxın qohumlarında (ata xətti üzrə) bu xəstəlik olan kişilərdə adenoma yaranma ehtimalı daha çoxdur. Həmçinin o da məlumdur ki, evli kişilər subaylara nisbətən daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Amma cinsi aktivliyin xəstəliyin əmələ gəlməsinə nə dərəcədə təsir etdiyi təsdiqlənməyib, fikir ayrılıqları mövcuddur.

Prostat vəzidə adenomanın olmasına necə şübhələnmək olar?

Prostat adenomasının əlamətləri aşağıdakılardır:

1. Sidik axınının zəifləməsi, yəni zəif şırnaqla sidik ifrazetmə
2. Sidik ifrazının axırında sidiyin hissə-hissə xaric olması
3. Sidik ifrazı müddətinin uzanması
4. Sidiyi sidik kisəsindən tam xaric etmək üçün qarın presindən istifadə etmək zəruriyyətinin olması
5. Tez-tez sidik ifrazetmə istəyi
6. Sidik çağırışı zamanı sidiyi saxlama qabiliyyətinin azalması
7. Gecələr bir neçə dəfə tualetə getmək məcburiyyəti
8. Adenoma inkişafının son mərhələlərində sidik ifrazı qeyri-mümkün olur. Bu isə təxirəsalınmaz tibbi yardım tələb edir.

Prostat vəzidə adenoma böyüdükcə vəzin içindən keçən sidik kanalını sıxaraq urodinamikanın (sidiyin böyrəklərdən sidik axarları, sidik kisəsi və sidik kanalı vasitəsilə xaric olunması prosesi) pozulmasına səbəb olur. Sidik ifrazı prosesinin pozulması orqanizmdə sidik durğunluğuna səbəb olur. Bu isə böyrəklərin işini çətinə salır. Böyrəklərdə daşların əmələgəlmə riskini artırır. Ağır hallarda isə böyrək çatışmazlığına (böyrəklərin “otkaz” etməsinə) səbəb ola bilər.

Prostat adenoması nə ilə təhlükəlidir?

Yuxarıda göstərilən əlamətlər prostat vəzinin bədxassəli “adenoma”sında – prostat vəzi xərçəngi zamanı da müşahidə olunur. Ona görə də, bu əlamətlər olan xəstədə ilk növbədə xərçəng xəstəliyini həkim-uroloq istisna etməlidir. Xərçəng xəstəliyinin müalicəsində isə uğur onun mümkün qədər tez aşkar olunmasındadır. Adenomanın xərçəngə çevrildiyi faktları da məlumdur. Bundan başqa, prostat adenoması son mərhələlərdə ciddi böyrək xəstəliklərinə (böyrək daşı, pielonefrit və s.) səbəb ola bilər. Eyni zamanda sidik ifrazının kəskin dayanmasına səbəb ola bilər.

Nə etməli?

Prostat vəzi adenomasının profilaktikası bu günə qədər yoxdur. Amma 50 yaşdan yuxarı hər bir kişi hətta heç bir şikayəti olmadığı halda ildə bir uroloq müayinəsindən keçməli, prostat vəzinin USM müayinəsi olunmalı və PSA analizi verməlidir (bu müayinələri uroloq təyin edir)! Bu halda xəstəliyin vaxtında aşkar olunmasına nail olunmaqla bir çox həyati təhlükəli ciddi ağırlaşmalardan özünüzü sığortalamış olarsınız.
Sağlamlığınızın vaxtında qeydinə qalın. Unutmayın ki, sağlamlıq olanda qədrini bilmirik, itirdikdən sonra isə ondan dəyərli heç nə olmadığını görürük.

Nuri Arif

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il

Oxunma sayı: 3662

Qısa URL: http://www.xural.com/?p=2655

Göndərən: 18 Apr 2011. Bölmə Cəmiyyət, Kriminal. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

1 şərh var üçün “Kişilərin ikinci ürəyi – Prostat”

  1. Çox gözəl bir yazı. Təşəkkürlər bu məqalə üçün, prostat xəstəliyini olduqca gözəl və dəqiq izah etmiş.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • aksachli: ev telefonuna zadina bax bunun e senin yashin qeder sheir yazibe o adam… !
  • aksachli: ee duurr
  • Sevda: Evveller nece maraglı, sevıyelı bır kanal ıdı. V. Mustafayev gelennen sonra çekdıyı sevıyesız kınolar kımı...
  • Ruslan: Kimin iwi xod gedir terifleyir
  • kamale: Salam .men gundelik 50 mb kompaniyasini ne e dayandira bilerem

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters