İsgəndər Həmidov Rövşən Lənkəranskinin atası ilə bağlı danışdı…

DSC09374

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov “Qaynar Qazan”a verdiyi müsahibədə “qanuni oğru” Rövşən Lənkəranskinin atasının ölümü haqqında danışıb. 1993-cü ildə Astaranın Şahağacı kəndində baş verən bir hadisə ilə bağlı sualı cavablandıran sabiq nazir belə deyib: “Lənkərandan bir nəfər Astaraya gedəndə – çox yaxşı bir insan idi – “pekarnı”nın yanında ağaca bağlayıb güllələlmişdilər ki, “sən Astaranın sərhəddini niyə keçirsən?”  Bu da tarixdir. O adamın oğlu bu dəqiqədə qanuni oğrudur – Rövşən Lənkəranlı… Məhkəmədə o da Sovetə atdı…”

rövşən lənkəranski

Müsahibə yayınlanandan sonra Rövşən Lənkəranskinin atası ilə bağlı bu məqam bəzi yanlış anlaşılmalara səbəb olub. “Qanuni oğru”nun yaxın ətrafından İsgəndər Həmidovla əlaqə saxlayıb, məsələnin dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildiriblər. xural.com-la əlaqə saxlayan İsgəndər Həmidov, hadisənin dediyi kimi olduğunu, sadəcə, Rövşən Lənkəranskinin atasının “ağaca bağlanaraq” güllələnmədiyini bildirdi. “Rövşənin atasını Sovetgil öldürdü, ancaq ağaca bağlanmaq məsələsi olmayıb. Astarada vəziyyət nətəri idi? Orada təzə qurulmuş dövlətin gömrükxanası var idi. Gömrükxanaya gömrükxana işçiləri rəhbərlik edə bilmirdi, Şahağacı kəndindən “Dədə” ləqəbli bir cinayətkar rəhbərlik edirdi. Rövşənin atasını “sən Astaranın sərhəddini niyə keçirsən?” deyib güllələmişdilər.”

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button