“Borçalı” Cəmiyyəti və Avropa Türk Konfederasiyası qurbanlar kəsdilər

Kurban-34“Borçalı” Cəımiyyətinin Mətbuat və İnformasiya Xidmətindən xural.com-a verilən məlumata görə, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sentyabrın 24-də Borçalıda qurbanlıqlar kəsmək məqsədilə gəlmiş Avropa Türk Konfederasiyasının nümayəndələri Fatih Oğuz və Mehmet Şahini qəbul edib.

Qonaqlar konfederasiyanın rəhbəri Cemal Çetinin salam-dualarını və Qurban bayramı münasibətilə təbriklərini cəmiyyət sədrinə çatdırmışlar. Avropa Türk Konfederasiyasının genel sekretarı Fatih Oğuz Avropanın müxtəlif ölkələrində yaşayan türklərin Borçalıda yaşayan soydaşlarımıza 523 qurbanlıq qoyunun dəyərini göndərdiklərini dilə gətirib. Zəlimxan Məmmədli Konfederasiyanın rəhbərliyinə və qurbanlıqlar göndərmiş avropalı soydaşlarımıza təşəkkürünü bildirib.

Qonaqlar həmin məbləğlə hər yeddi qoyunu bir dana ilə əvəzləyərək cəmi 76 dana almış, bunlardan ikisi Bakıda yaşayan “Borçalı” Cəmiyyətinin üzvü olmaqla daha çox ehtiyacı olan ailələrə, 74 dana isə kəsilib Gürcüstanda yaşayan soydaşlarımıza paylanmışdır. Qurbanlıqlar Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Qaraçöp, Telavi, Laqodexi rayonları, Muxran çökəkliyi, Tiflis və Rustavi şəhərləri üzrə paylanmışdır. Qurbanlıqların kəsilib paylanmasında qonaqlarla yanaşı “Borçalı” Cəmiyyətinin fəalları Elbəyi Cəlaloğlu, Roman Namazov, Osman Əhmədoğlu, Hüseyn Artıkoğlu, İsrafil Bayramov, Ramiz Bəkirov, İsmixan Məmmədli və başqaları iştirak etmişlər. Gürcüstanın müxtəlif bölgələrində soydaşlarımızla görüş zamanı Elbəyi Cəlaloğlu Cəmiyyət sədri Zəlimxan Məmmədli adından, Fatih Oğuz isə Avropa Türk Konfederasiyasının rəhbəri Cemal Çetin adından iştirakçıları salamlayaraq, təbrik nitqi söyləyiblər.

Dmanisidə qurban kəsimi öncəsi rayonun icra başçısı Gogita Barbakadze “Borçalı” Cəmiyyətinin fəalları və Konfederasiyanın təmsilçilərini qəbul etmişdir. Tərəflər arasında səmimi görüş olmuş və fikir mübadiləsi aparılmışdır. Elbəyi Cəlaloğlu sədr Zəlimxan Məmmədlinin salam və təbrikini icra başçısına çatdırdıqdan sonra Elat bayramında iştirakı, açılış nitqi söyləməsi və bayrama mənəvi dəstək verdiyinə görə “Borçalı” Cəmiyyəti İH-nin təşəkkürnaməsini və Elat atributlarını Gogita Barbakadzeyə təqdim etmişdir. Görüş zamanı Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana keçidinə qoyulmuş yasaq qərarı bir daha rayon rəhbərinin diqqətinə çatdırılmış, bu qərarın əsassız olduğu vurğulanmışdır. Gogita Barbakadze və müavini Arif Süleymanov qurban kəsimlərində iştirak etmiş, təbrik çıxışları söyləyiblər.

Qurban kəsimləri uğurla başa çatdıqdan sonra Elbəyi Cəlaloğlu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və cəmiyyətin İH adından Avropa Türk Konfederasiyasının təmsilçiləri Fatih Oğuz və Mehmet Şahinə təşəkkürünü bildirmiş, Konfederasiya rəhbərliyinə, eləcə də qurbanlıqlar göndərmiş avropalı türklərə salam və sayğılarını ünvanlayıblar. Elbəyi Cəlaloğlu qonaqlara Cəmiyyətin simvolik hədiyyələrini və Elat atributlarını təqdim etmişdir. Sentyabrın 27-də “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqlarla telefon əlaqəsi yaradaraq öz xüsusi minnətdarlığını ifadə etdikdən sonra Elbəyi Cəlaloğlunun rəhbərlik etdiyi heyət Fatih Oğuz və Mehmet Şahini Tiflis hava limanından Almaniyaya yola salıblar.

Kurban-80 Kurban-68 Kurban-73 Kurban-34 Kurban-3

xura.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button