Elmar Vəliyevin müavini sakinləri qovaraq təhqir etdi

Gennn

“Elmar Vəliyevin Mikayıl Zeynalov adlı müavini Mədət Quliyevi, Şakir Bayramovu da belə qova bilərmi? Gücü bizə çatır, eləmi?”

Gəncə şəhər sakinləri xural.com-a zəng edərək, şəhərin “Abbas Səhhət” adlanan səmtində baş verən özbaşınalıqlardan şikayət ediblər. 3-cü mikrorayon adlanan bu ərazidə yeni yaşayış məskəni salınır və artıq burada yeni qəsəbə salınıb. Sakinlər öz hesablarına ərazini abadlaşdırıb torpaq alıblar və bu torpaqlarda özlərinə yurd-yuva salırlar. Şəhərin ən müasir təchizatlı hesb olunan bu yerində maraqlıdır ki, küçələrin bəzilərinə işıq, su, təbii qaz kimi kommunal ehtiyaclar hələ çəkilməyib. Sakinlərin dediklərinə görə, onlar lazım olan vəsaiti toplayaraq əlaqədar qurumlara versələr də, hələ də işıqsız qalıblar. Yerli işıq idarəsinin əməkdaşları transformatoru quraşdırsalar da, işığı çəkib birləşdirmək istəmirlər ki, istəmirlər.

İşi belə görən ərazi sakinləri yığışıb Gəncə şəhər icra hakimiyyətinin başçısının təsərrüfat işləri üzrə müavini Mikayıl Zeynalovun qəbuluna gediblər. İcra başçısı nəinki sakinlərə köməklik göstərməyib, əksinə, onları pis qarşılayıb və sözlərini dinləmədən qovub. Sakinləri təhqir edən, onlara “sizə heç bir işıq-filan çəkilməyəcək” deyən Mikayıl Zeynalova şikayət edəcəklərinin söyləyən sakinlər, “kimə istəyirsiniz, gedin şikayət edin” cavabını alıblar.

Sakinlər icra başçısı Elmar Vəliyevin qəbuluna düşmək istəsələr də, buna nail ola bilməyiblər: “Nə illah elədik, bizi qəbul etmədi Elmar Vəliyev. Belə münasibət olarmı? Bunlar Prezident İlham Əliyevin çıxışlarına da qulaq asmırlar? Bunlar insanlarla necə rəftar etməyi nə zaman öyrənəcəklər? Biz haqlı şikayət edirik, bu adam bizi təhqir edir, amma bizim küçəmizin paralelində Milli Təhlükəsizlik Nazirinin yeni birinci müavini Mədət Quliyevin və Gəncə türməsinin rəisi Şakir Bayramovun yeni villaları var. Bizdən fərqli olaraq o küçənin kommunikasiya xəttləri tam çəkilib. İşıq var, su var, qaz var. Bizi niyə bunları istəyəndə qovurlar, onu başa düşmürük? Elmar Vəliyevin Mikayıl Zeynalov adlı müavini Mədət Quliyevi, Şakir Bayramovu da belə qova bilərmi? Gücü bizə çatır, eləmi?” Sakinlər axıra qədər gedəcəklərini, Prezident İlham Əliyevə şikayət edəcəklərini dedilər.

xural.com məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladı. “Gəncə “Azərişıq”amı baxır, Gəncənin 3-cü mikrorayon ərazisindən şikayət daxil olub. Orada pulunu yığsalar da, əhaliyə işıq çəkməkdən imtina edirlər və onları təhqir edirlər, buna nə deyirsiniz” sualımıza Tanrıverdi Mustafayev belə cavab verdi: “Bəli, Gəncə də bizə baxır. Ancaq onların işıq çəkməyə görə pul yığmaq səlahiyyətləri yoxdur. Texniki şərt almalıdırlar və işıq ondan sonra çəkilməlidir. Layihə hazırlanmalı və rusumu odənilməlidir, sonra da təchiz edilməlidir.”

Mövzu diqqətimizdədir.

xural.com

Əlaqəli məqalələr

2 şərh

  1. Men de bu erazide yasayiram.Burda yasamaq cox cetindi. Susuzluqdan isiqsizliqdan cox eziyyet cekirik. Transvormatoru getirib qoyublar agzina da qifil vurublar. Yaxinliqdanki yataqxanada o boyda qesebeye bir faza isiq cekilib o da sam kimi kozerir. Nece defelerle soyuducumuz yanib.Istilik yox, su ustunde qonsular her gun davada. Telefon 10 gune cekildi. Ancaq lazim olan esas olan yoxdu.

  2. Şakir Bayramov Gəncə İstintaq Təcridxanasında məhkumlara işgəncə verməsi ilə məşhurdur.
    Mən siyasi məhbus olduğum üçün Təcridxananın işgəncə bölməsində əllərim və ayaqlarım qandallı şəkildə döydürdü. daha sonra isə pəncərə şüşəsini başımda qırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button