Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının sədri ilə görüşdü

Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.

Bu barədə AzNews.az APA-ya istinadən məlumat verilib.

Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olunub.

Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button