Çovdarov – general mundirində quldur

azad

Natiq Güləhmədoğlunun (http://www.azadliq.info/103056.html ) “Akif Çovdarovun atası üçün ucaltdığı abidə və “adibələr” məqaləsini nəzərdən keçirdim və inandırım sizi dəhşətə gəldim. Yazıdan belə məlum olur ki, Gürcüstanın Marneuli rayonundakı Alget 1 nömrəli orta məktəbinə də Akif Çovdarov öz dədəsinin mübarək adını (Teymurxan müəllim) qoyubmuş, heykəlini də bonus olaraq məktəbin həyətində ucaldıb. Adı onlarla ağır cinayətlərdə hallanan birisinin öz valideynləri haqqında xatirə yaşatması həqiqətən də təəccüb doğurmaya bilməz. Axı bu insanın əməllərinə görə neçə-neçə insanlar valideyn sevgisindən məhrum edilib, neçə valideyn öz övladını itirib və yaxud da üzünə həsrət qalıb. Sən demə, bütün bu hisslər bunlar üçündə yad deyilmiş, sən demə, valideyn müqəddəs imiş, onu sevmək, xatirəsini yaşatmaq lazımdır. “Dünyaya bəzən elə insanlar gəlir ki, onlar öləndən sonra da yaşayırlar”. Marneuli rayonunun Əzizkənd məktəbinin müəllimi Paşa Nağıoğlunun Gürcüstanda çıxan “Region Press” qəzetində gedən yazıdan bir neçə sətir: “Belə insanlar həyatda iz qoyub getmiş insanlar sırasında boyaboy dayanırlar. Kəhkəşanda parlayaraq xalqın və millətin yolunu işıqlandırırlar. Öz ölməz əməlləriylə əbədilik qazanır, yaddaşlarda qalırlar. Belə insanlardan biri də Gorarxı elinin ləyaqətli kişilərindən biri olan Teymurxan müəllim Çovdarovdur. Oğlu Çovdarov Akif isə Azərbaycan generallarından biridir. Azərbaycanda yaşayır və orada məsul vəzifədə işləyir. Azərbaycanımız üçün, el-obamız üçün, Borçalımız üçün, xalqımız və millətimiz üçün gərəkli oğullardandır. O biri oğlu Asif isə bizneslə məşğuldur. 
 Bəli, əziz oxucular və möhtərəm eloğlular, Teymurxan müəllim kimi ləyaqətli kişinin belə də layiqli övladları olmalıdır.Teymurxan müəllim 1995-ci ildə, 70 yaşında dünyasını dəyişib”.
Məqalə optimist notlarla bitir. Müəllif yazır: “İndi biz – goraxılılar onun anadan olmasının 90-cı ildönümünü qeyd edəcəyik. Nə yaxşı ki, dünyada belə insanlar var, yoxsa dünya yeknəsək görünərdi.

Musa Yaqub demişkən:

Yaxşı adamları az olan yerdə,
Dünyaya adamın yazığı gəlir.

Ancaq mən deyərdim ki, Teymurxan müəllim kimi adamlarıyla dünya sevinir və öyünür”.
Valideyn qədri bilən birisi üçün bundan böyük cəza ola bilməz. Öz valideynini sevən, ona hörmət edən insan unutmamalıdır ki, ətrafındakıların da valideynləri, övladları və əzizləri var və onlar heç də ondan az sevmirlər yaxınlarını. Rus əsərlərinin birində qəhrəman gənc nəsilə arxaya baxmağı tövsiyə edir, həyatlarını necə yaşadıqlarını bir daha nəzərdən keçirməklərini vacib sayır. Lakin bu gün məmləkətdə çiyin üzərindən arxaya baxmağa, keçmişdə sənin ucbatından baş verən ədalətsizlikləri çək-çevir etməyə heç ehtiyac duyulmur, ətraflarına baxsalar kifayət edər. Amma diqqətlə baxılmalıdır, çünki bu gün ədalətsizliklərlə üzləşən bəzi soydaşlarımız həqiqəti söyləmək bir yana, üzləşdikləri haqqsızlıqlara etiraz əlaməti olaraq ağlamağa belə qorxurlar.
Ziyalı bir ailədə böyüyən Çovdarov necə oldu ki, general mündirində quldura çevrildi?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button