Dövlət niyə 206 ABŞ dollarına başa gələn gübrəni 391,9 manata alır?!-ARAŞDIRMA

Heydər Əsədov Kəmaləddin Heydərovuna söz deyə bilmir?!

kəmaləddin-heydər

Azərbaycanda istifadə edilən mineral gübrə növlərindən birinin qiymət təhlilini nəzərinizə çatdırırıq

 
Bu gübrə el arasında 34,4 %-lik “Azot gübrəsi” və ya “Selitra” kimi tanınır. Ədəbiyyatda isə adı “Ammonium Nitrat gübrəsi”dir. Bu gübrəni biz Rusiya Federasiyasının Stavropol vilayətində yerləşən Невинномысский АЗОТ zavodundan alırıq.
Dövlət satınalmalar Agentliyinin məlumatına gorə, “Aqrolizinq” ASC-nin 2015-ci ildə keçirdiyi 60.000 Azot gübrəsi tenderinin qalibi  “Solo Trade Corporation” LTD olub. Bu şirkət 1 tonunun qiyməti 391,9 manat olmaqla 60.000 ton gübrə gətirilməsi üçün “Aqrolizinq” ASC ilə 23.514.876 AZN məbləğində müqavilə imzalayıb. Və bu muqavilə üzrə Rusiyanın Невинномысский АЗОТ zavodunun istehsalı olan gübrələrin Aqrolizinqə çatdırılmasını təmin edir.
Aşağıdakı veb səhifələrdə Невинномысский АЗОТ istehsalı olan Ammonium Nitrat (Azot) gübrəsinin Rusiya topdan və pərakəndə satış qiymətləri göstərilmişdir.
Buradan məlum olur ki, 1 tonun ƏDV daxil qiyməti 13.500 Rus Rubludur. Nəzərə alsaq ki, İxrac olunan mallar ƏDV-yə cəlb edilmir və 18% ƏDV-ni çıxsaq (13.500/1.18), o zaman bu gübrənin ixrac qiyməti 11.440 Rus Rublu olur. Bu qiyməti mövcud məzzənə ilə hesablasaq, 178 ABŞ dolları edir. Nevinnomissk şəhərində Azərbaycan sərhəddinə məsafə 700 km-dir və ortalama 1 ton gübrənin daşınması üçün 28 ABŞ dolları nəqliyyat xərci vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bütün növ mineral gübrələr idxal zamanı vergi və rüsumlarda azaddır, bu səbəbdən də hər hansı vergi və rüsum xərcləri də yoxdur. Yəni 1 ton gübrəni Azərbaycan maya dəyəri 206 ABŞ dolları edir.  
Görəsən 178 ABŞ DOLLARI+28 ABŞ DOLLARI=206 ABŞ DOLLARI-na başa gələn gübrəni “Aqrolizinq” ASC niyə 391,9 Manata alır?!
Kənd Təssərüfatı Naziri Heydər Əsədovun bundan xəbəri yoxdurmu?
60.000 ton gübrədə bu, 10.500.000 manat fərq edir, görəsən bu fərqi kim mənimsəyir?
Bu suallarla Aqrolizinq ASC-nin regional nümayəndəliklərinə müraciət etdikdə, bizə bildirdilər ki, ASC-yə gətirilən gübrələrin idxalını yalnız Kəmaləddin Heydərovun şirkətləri həyata keçirir və bu ilki tenderin qalibi “Solo Trade Corporation” LTD də cənab Heydərova məxsusdur. Onun şirkətlərinə isə heç kim “gözün qaşın var” deyə bilməz.
Buradan bu sualları Heydər Əsədova ünvanlamaq istəyirik. O da Kəmaləddin Heydərova heç bir söz deyə bilmir? Axı məlum müşavirədə ölkə rəhbəri dövlət vəsaitinin səmərəli xərclənməsini bütün nazirlərimizə tapşırmışdı.
Azad Xan
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button