Hava proqnozu-23 noyabr

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 14-18° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button