Rus təyyarələri Türkiyə karvanına hücum etdi: 7 ölü, 10 yaralı

Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı Kilisdən Suriyaya girəndən sonra sərhəddə vurulub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yardım daşıyan TIR-lar havadan hücuma məruz qalıb.

Türkiyənin “Anadolu” Agentliyi isə hücum nəticəsində 7 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını, 20 TIR-ın isə yandığını bildirib.

Yerli mənbələr bildirib ki, hücum rus təyyarələri tərəfdən edilib: “Ruslar humanitar yardım daşıyan TIR-lara hücum etdi. Hücum nəticəsində 20 TIR yandı, çoxlu sayda maşın da yararsız hala düşdü” deyə xəbərdə qeyd olunub.

Suriyadakı müxalif qruplardan olan Şam Cəbhəsinin sahə komandiri Zekeriya Karslı da yardım TIR-larına Rusiyanın hərbi təyyarələrinin hücum etdiyini bildirib.

Humanitar yardım karvanının koordionatoru Mustafa Özbek yanğını söndürməyə çalışdıqlarını deyib. O, yardım karvanına kimin hücum etdiyini bilmədiyini deyib.

Türkiyənin rəsmi qurumları hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

ruslar

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button