Bürclər-28 noyabr

Bürclər (28 noyabr)

QOÇ – Ümumi vəziyyətinizin gərgin olacağını xəbərləyən ulduzlar iş yerində, eləcə də qohumluq-qonşuluq əlaqələrində mülayim olmağı tövsiyə edir. Sağlıq durumunuzu diqqətdə saxlayın.
BUĞA – Qarşılıqlı münasibətlər zəminində, xüsusən də sevgi davranışlarında ifrat ciddilik göstərməyin. Bu, sizə qarşı rəğbəti azalda bilər. Fiziki işlərlə az məşğul olun.
ƏKİZLƏR – Təxminən saat 14-ə qədər ümumi vəziyyətinizdə gərginlik müşahidə olunacaq. Göstərilən müddətdə müqəddəs ziyarətgahlara baş çəkməyə dəyər. Sonrakı saatlarda qazanmaq ehtimalınız var.
XƏRÇƏNG – Səhhətinizlə bağlı bəzi xoşagəlməzliklər mümkündür. Bu səbəbdən də özünüzü soyuqdan, yuxusuzluqdan və siqaretdən qorumalısınız. Aldığınız təkliflərə tələm-tələsik razılıq verməyin.
ŞİR – Yalnız fəaliyyət sahəsində uğurlarınız mümkündür. Yeni və maraqlı təkliflər alacağınız da istisna olunmur. Ailə və qonşuluq münasibətlərində isə mübahisəli situasiyalara cəlb oluna bilərsiniz.
QIZ – Ümumi çalarlarına görə olduqca uğurlu təqvimdir. Sadəcə olaraq, görəcəyiniz işlərin vaxtını düzgün bölməlisiniz. İşgüzar sövdələşmələr üçün də perspektivli ərəfədir.
TƏRƏZİ – Sağlamlıqla bağlı problemləriniz gözlənilir. Qida rejiminə riayət edin. Daxili orqanlarınızın halına yanın. Səhhətinizə zərərli olan fiziki və psixoloji işlərdən uzaq olun.
ƏQRƏB – Hər hansı xoşagəlməzliklə rastlaşacağınızı düşünməyin. Çünki Göy qübbəsi hər mənada yardımçınız olacaq. İstər işdə, istərsə də qarşılıqlı əlaqələrdə təşəbbüskarlığı əldə saxlayın.
OXATAN – Sürprizlər yolunuzu gözləyir. Çox güman ki, bir neçə sevindirici xəbər də eşidəcəksiniz. Üstəlik, nə vaxtdan bəri kasad olan şəxsi büdcəniz də normal hala düşməlidir.
OĞLAQ – Mistik gündür. Daxili səsiniz, o cümlədən ruhi qüvvələr mövcud sıxıntılarınızdan çıxış yolu göstərməyə çalışaq. Saat 16-dan sonra istənilən mübahisədən yayının.
SUTÖKƏN – Ulduzlar daha çox gəzinti və səyahətlər üçün uğurlu məqam olduğunu bildirir. Heç kimə yalan vəd verməyin. Sözünüzün ağası olun. Nahardan sonra uzaq səfərə çıxmaq olar.
BALIQLAR – Şəxsi işlərinizdə müsbət dönüş ərəfəsindəsiniz. Odur ki, hər bir qərarı çıxarmazdan əvvəl yüz yol ölçüb-biçməlisiniz. Saat 15-17 aralığını sevgi amilinə həsr edin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button