Yeni avtobusların gediş haqqı 1 manat 30 qəpik olacaq

Bu gün Bakı Beynəlxalq Hava Limanından metronun “28 may” stansiyası istiqamətindəki xəttə yeni Neoplan avtobuslar buraxılıb.

xural.com strateq.az-a istinadən xəbər verir ki, hələlik bu xətt üzrə 5 avtobus istifadəyə verilib. Yeni avtobusların ilk sərnişinləri də jurnalistlər olub.

“Bakı Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni avtobuslar sərnişinlərin, xüsusilə turistlərin daha rahat daşınmasına imkan verir: ‘”Yeni ekspres avtobuslarda geniş yük yeri, mini mətbəx, “Wi-Fi” və digər xidmətlər yaradılıb. Hər yarım saatdan bir avtobuslar sonuncu dayanacaqdan çıxacaq. Yalnız bir dəfə “Koroğlu” metrostansiyasının yanında 1 dəqiqə dayanacaq”.

Bu avtobuslarda gediş haqqı 1 manat 30 qəpikdir. Ödəniş “Bakıkart”la həyata keçirilir.

Tələbat olarsa, gələcəkdə bu istiqamətdə àvtobusların sayını artırmaq nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button