Obama Türkiyəni dəstəklədi

“ABŞ və NATO Türkiyənin öz hava sahəsini qorumasını müdafiə edir”.

Strateq.az xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Barak Obamaya aiddir. O, Parisdə keçirilən İqlim Dəyişikliyi sammitində türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla görüşlərinin nəticələri barədə danışarkən belə deyib.

Qeyd edək ki, 1 saat sürən görüşdə tərəflər Suriya və Rusiya məsələlərini müzakirə ediblər. Görüşdən sonra mətbuata açıqlama verən Ərdoğan Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyin siyasi yolla həllində maraqlı olduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button