Akif Çovdarovun Qulu Cəfərovu kimdir? – II yazı

Mahir Abdullayevin oğurlanmasında sirli məqamlar…
mahir abdullayev
II HİSSƏ
Zərərçəkmiş Səfərov daha sonra bildirir: “Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxlayır, həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq, sənədləri dərhal hazırlayaraq Çovdarova təqdim etdi. Ertəsi gün Akif Çovdarov onun qardaşını özü ilə notariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Qulu Cəfərov adlı şəxsə keçdiyinə dair etibarnamə alır.”
Qulu Cəfərov? Kimdir bu Qulu Cəfərov? Xatırlayırsınızmı onu? Mən gözəl xatırlayıram bu insanı. Heç onu unutmaq olarmı ? (http://www.azadliq.info/110807.html)
“Bizimlə görüşə adam oğrularının adından Mahirin dostu Qulu Cəfərov (gürcüstanlı, MTN Akif Covdarovun adamı, qohumu) gəlmişdir. Dünən, Qulunun üzərində TT tapancası vardır.”
– Sahib: Elşad müəllim, onların “qlavarı” Novxanılı “Qoç Hikmətdir”, Ramil Usubovun qudasıdır (onun oğlu Bəxtiyar DİN-in qızının əridir).
– Elşad: Qardaş, gəl işləri sadələşdirək “vorzakon” Şahin necə adamdır, düz adamdır?
– Sahib: Şahin düz adamdır, bizim adamdır.
– Elşad: Qardaş, bizə heç nə lazim deyil, bizə yalnız qardaşım Mahir lazımdır.
– Sahib: Biz nə qədər danışsaq da iş gedib çıxır düyünə, Mahiri qadın tutdurubdur, hələ Mahirə yemək də göndərir, utanmır.
– Elşad: Sahib müəllim, bizi çox aldadıblar, ay kişi. Banda Mahirin çoxsaylı yerlərini təklif edibdir. Qazaxıstan, Ukrayna, Zaqatala, Balakən və s… Bu dəqiqə desələr ki, Mahir karidordadır, inanmaram. Gözümlə görməsəm, inanmaram. Artıq heç kimə inanmıram. Ən sadə yolu bir nəfər yaxın adam gedib otursun orada girov, biz də bu tərəfdə Mahiri qəbul edən kimi həmən pulumuzu ödəyək. Mən özüm də, böyük qardaşım da gedib dayanmağa hazırıq.
– Sahib: Bu dəqiqə 52 nəfər varlı adamlar girovluqdadır, oğurlanıbdır.
– Elşad: Sahib, 7 qardaş hamımız gedib dayanırıq girov, bu söhbəti bitirək.
– Sahib: Mahiri evdə saxlayırlar, yanında da qadın oturur, nəzarəti də bu qadın edir, bu qadın yaxşı adam deyil, pozğun, çətin adamdır, qız Mahiri tapşırıqla verə bilər.
– Elşad: Sahib, telefon, qadın bizə problem yaradacaq, biri gedib girov qalsın, gələn kimi də pullarını verək.
– Sahib: Sabah da görüşəcəyik, Şahin deyir ki, mənim sözüm var, ölsəm də bu işi həll edəcəm, amma məni birdən aldatsalar, onları məhv edəcəm…

4. M.H.Məcidovun və N.C.Babaşovun video görüntüləri 4-cü hissə
https://www.youtube.com/watch?v=mp3UiAZ6JC0&feature=share:

– Sahib: Elşad müəllim, Mahir Sizinlə telefonla danışmaq istəmir. Mahir telefonu götürür əlinə, susur danışmaq istəmir, Sizin səsinizə qulaq asır, amma danışmaq istəmir, tipin biridir.
– Natiq (Prezidentin Mühafizə Xidmətinin sabiq əməkdaşı) Elşad müəllim, mən prinsipial adamam, necə olur-olsun Mahiri telefonda Sizinlə danışdıracağam.
– Elşad: Eybi yoxdur, danışmırsa da gətirin təhvil verin, canı sağ olsun.
– Sahib: Hazırda “vorzakon” Şahin Mahirə görə Piterə gedir.
– Elşad: Sən gəldin dedin biz işi qurtarmışıq, söhbəti qurtarın, Mahir gətirin verin, əsas iş budur, çevir tatı vur tatı, bizə işverənlik lazım deyil, biz Mahiri istəyirik.
– Sahib: 7 aydır bu mafiya Mahirin işini görüb, işverənliyini də onlar edib.
– Elşad: Biz qardaşımızı istəyirik, bizə başqa söhbət lazım deyil, söz vermisən, adamı gətir.
– Sahib: Siz nə təklif edirsiniz?
– Elşad: Bu pozisiya da qarantiya vermir. Nə ücün danışmaq istəmir?
– Sahib: Bilmirəm nə ücün danışmaq istəmir? Bunlar insan deyil? Elə iş tutublar ki. ortaya çıxara bilmirlər, adam deyillər, canavardırlar…
– Elşad: Yəqin oradakı adamlardan çəkinirlər…
– Sahib: Biz gərək gedək Piterə…
– Elşad: Belədirsə, Natiq, get, Mahirin videosunu çəkin gətirin.
– Natiq: Ortaq məxrəcə gəlmək lazımdır. Mahir sağ-salamatdır.
– Sahib: Düz danışmaq lazımdır, Mirbaba hər şeyi həll edir. O, Piterə zəng edir, onlar da Mahiri danışdırırlar.
– Elşad: Söz vermisən, Mahiri gətirməlisən, başqa söhbət lazım deyil, belə variantlar çoxdur…
– Sahib: Necə bilirsiz, biz də elə edək.
– Elşad: Nə ücün belə çətin vəziyyətdə Mahir danışmaq istəmir?
– Sahib: Bu gün Şahinlə Qulu Mahirə görə bir-birini qırıb söyüb kobud sözlər deyiblər.
– Elşad: Bizə Mahirin gəlməyi lazımdır.
– Sahib: Elşad müəllim, bu adam “vor” deyil, qatı cinayətkardır.
– Elşad: Hər bir söz deyirlər. Bakıda bir adam qalmayıb, hamısı Mahiri oğurlayıbdır, sonra da hansı qohumum kömək etmək istəyir, keçir onun üstünə. Həmin ərəfədə polis qohumum var idi, mayor. Mənə kömək etmək istədi. Birisi məni baxıcının yanına apardı. Baxıcı da fala baxıb bildirdi ki, Mahiri axtaran qohumum əlamətlərini dedi, əvvəl şübəhələndik, bir necə belə şoular təkrar olunduqdan sonra başa düşdük ki, bir oyundur, əsas oğrunu gizlətmək ücün lazımdır.
– Sahib: Qardaş, biz haradan bilirik ki, Quba kimdir? Elşad müəllim, bizə bir məktub yaz ver, verək Mahirə. Yaz ki, Mahir, bizi başa düş, cavab ver bizə, biz çox narahatıq. Bəlkə də məktubu oxuyub bizə bir cavab verdi.
– Natiq: Qardaş, Siz Mahirlə danışmasanız, mənə inanmayacaqsınız. Yaxşısı, gedim, işimlə məşğul olum. Vallah, Siz mənə inanmırsınız.
– Elşad: Siz məni Mahirin yanına aparsanız, onu başa sala bilərəm.
– Sahib: Bir dənə kagız yazın Mahirə, sonra Əliyə deyim, məktubu buraxdırsın içəri.
– Elşad: Şahin haradadır?
– Natiq: Şahin dincəlir…
– Elşad: Nə üçün Mahir bizimlə telefonla danışmaqdan imtina edir?
– Natiq: Mirbaba ilə danışdıq, Mahirin səsini də eşitdik. Sizin mənə verdiyiniz 050.625.65.95 mobil telefonu verdim Mahirə Sizə zəng etsin… Şahin hirsləndi Mirbaba ilə bir-birini qırdılar… Şahin Qulunu söyüb…
– Elşad: Natiq, Mahirin fotosunun arxasına bu sözləri yazib veririk Sizə: “Mahir, salam! Hər şey yaxşı olacaq, narahatıq, bizə cavab ver, İmza: Elsevər 27.lV.2004”…
– Natiq: Elşad müəllim, bu gün Mahirdən Sizə zəng oldu?
– Elşad: Bu gün səhər saat 06:15 dəqiqədə Mahirdən mənə zəng gəldi.
– Natiq: Bizimlə o tərəfin adından Mahirin dostu Qulu Cəfərov (gürcüstanlı, MTN Akif Covdarovun adamı, qohumu) gəlmişdir. Dünən, Qulu TT tapanca ilə gəlmişdi.
– Sahib: Dünən Mahirin dostu Quluya “kalaşnikov” avtomatı dirədik, dedik ki, əgər Mahirin başındam bir tük əksik olsa, səni məhv edərik.
– Elşad: Gürcüstanlı Qulu həmişə Mahirin yanında olub, şəkili Eldar Quludan da cox rol oynayıb.
– Natiq: Əvvəlcə istəyiblər ki, Mahiri öldürsünlər, 2 ay Bakıda saxladıqdan sonra, “Minvod”la Orconikidzenin arasında Nevmedoski deyilən yer var, Gürcüstandan 200 km aralı. Mahir heç nədən hökmdar qadının zibilinə düşübdür, quyruqlu qadındır, yəni arxalı… O biri tərəf qara BMW cipdə silahlı-avtomatlı gəlmişdir. Mən, Mirbaba, Şahin danışıq, apardıq. O biri tərəf sevindi, onların məqsədi o olub ki, Sizdən pul qopartsınlar. Mahiri 7 ay heç kim axtarmayıb, “polnıy boyevoy” idilər. 3 aydan sonra Mahiri qaytarıblar Bakıya, Eldəniz müəllim də gündə yanından keçir, özü də gündə kiçik pəncərədən görür. Mahiri 7 ay heç kim axtarmayıb, Sizdən pul cəkmək istəyiblər, adam oğruları fahişə kimi şeylərdir, onlarda namus-qeyrət deyilən şey yoxdur, 52 adam oğurlanıb…
– Elşad: Natiq, bizə telefon, yaxud da video gətir!
mahir abdullayev1
Yuxarıda sözü gedən və digər videolar 2013-cü ildə ictimailəşdirildikdən sonra Məcidov Mirsahib Hadi oğlu və Babaşov Natiq Cabbar oğlunun cinayət xarakterli hərəkətlərini sübut edən və maddi sübut kimi tanınmış, üzərində “Disk N 24”, “Disk 36”, “1.Natiq 2.Sona 3.Sahib” yazıları olan disklər Abdullayev Mahir İslam oğlunun itkin düşməsi faktı üzrə AR CM-nin 120.1 maddəsi ilə olan, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu nəzdində yaradılmış Müstəqil İstintaq-Əməliyyat qrupu tərəfindən istintaq olunan 105157 saylı cinayət işinin materiallarına əlavə olunmuş, lakin məlum olmayan səbəblərdən 105157 nömrəli cinayət işinin materiallarından 23 may 2013-cü il tarixli qərarla Babaşov Natiq Cabbar oğlunun və Məcidov Mirsahib Hadi oğlunun AR CM-nin 29, 178.3.2, 178.2.1 və 178.2.4-cü maddələri ilə 132006035 nömrəli cinayət işi ayrıca icraata ayrılaraq və ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş prokurorluğu nəzdində MİƏQ-na həvalə edilmişdir.
24.05.2013-cü il tarixdə M.H.Məcidovun və N.C.Babaşovun 29, 178.3.2, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair 132006035 nömrəli cinayət işinin ibtidai istintaqı başa çatır. Cinayət işi tamamlandıqdan sonra cinayət işinin materialları ilə tanışlıq zamanı zərərçəkmişin nümayəndəsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə instintaq natamam aparıldığından əlavə istintaq aparılmasına və aşağıda qeyd olunan xüsusatlar üzrə əlavə araşdırmalara ehtiyac var. Belə ki, cinayət işinin materiallarından konkret olaraq zərərçəkmiş tərəfin ərizələrindən və ifadələrindən görünürdü ki, təqsirləndirilən şəxslər N.Babaşov və M.Məcidov qruppanın başçısı Həsənov Şahin Əliqulu oğlu olmaqla onların hər biri eyni zamanda Kələntərov Səfər Rəşid oğlu və Babayev Yasin Bəxtiyar oğlu da daxil olmaqla adam oğurluğunda iştirak edən dəstənin aktiv üzvləridir, həmin şəxslər dələduz deyil, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın üzvləridir. Bundan əlavə, istintaq videolarda əli silahlı şəxslər kimi adları hallanan, xüsusi ilə üzərində TT markalı revolver gəzdirən Cəfərov Qulu Əli oğlunun bu cinayətdə hansı rol oynadığını, əgər oynamayıbsa, hansı səbəblərdən təqsirləndirilən şəxslər tərəfindən onun adının hallandırılmasına aydınlıq gətirməmişdir.
Təəccüblüsü budur ki, Cəfərov Qulu Əli oğlu özünün 2013-cü ildə kütləvi informasiya vasitələrində dərc olunmuş “MAHİR ABDULLAYEVİN ƏN YAXIN DOSTU 10 İLİN GİZLİNLƏRİNİ AÇDI – “Aqil Əliyevə çatası 20 milyonu…” başlığı altında müsahibəsində (http://azpolitika.info/?p=15030) az qala qurbanlıq simasına girərək belə bir cümlə işlədir: “Məni belə vəziyyətə salmaq lazım deyil. Məni xeyli döyüb söydülər. Kişinin hirsindən ağlamağı çox pis olur, xanım. İnanın, mən iki-üç gün ağlamağımı saxlaya bilmədim. Çox yerə şikayət etdim. Heç kəs şikayətimə baxmadı, diqqət etmədi. Ola bilsin, hansısa dəstəkləri vardı. Özləri də bərk gedirdi, hamını pulla susdura bilirdilər.” Təsəvvür edin, bu sözlərin sahibini bir dəfə də olsun istintaq narahat etməmişdir.
Əksinə, təqsirləndirilən şəxslər video görüntüdə söylədiklərindən imtina edirlər, istintaq isə buna əhəmiyyət vermir, bu azmış kimi onlarla razılaşır. İstintaq o cümlədən təqsirləndirilən şəxslərin videoda barəsində danışdıqları qadının şəxsiyyətini müəyyən etməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxslərin hərəkətlərində hətta dələduzluq əlamətləri müəyyən edildiyi halda, onların videoda səsləndirdikləri məlumatların hansı mənbədən əldə etdikləri istintaq tərəfindən müəyyən edilməli idi ki, bunların heç birinin araşdırılması istiqamətində istintaq heç bir addım atmamışdır.
Bundan əlavə, təqsirləndirilən şəxslərin əməlinin düzgün tövsif edilməməsi ilə yanaşı, istintaq tərəfindən Mahir Abdullayevin yaxınlarına dəymiş maddi ziyanın məbləği də düzgün hesablanmamışdır. Belə ki, oğurlanmış Mahir Abdullayevin qardaşı E.Abdullayev M.Məcidova əvvəlcə 20.000 (iyirmi min), Sankt Peterburqa getmək üçün 5.000 (beş min) ABŞ dollarını şəxsən vermişdir, bundan əlavə, Sankt Peterburq şəhərində E.Abdullayevin tapşırığı əsasında tanışı Şahin Şirəliyev N.Babaşova və S.Kələntərova 10.000 (on min) ABŞ dolları vermişdir. E.Abdullayevin 20.000 ABŞ dolları verməsi istintaqa təqdim edilmiş video yazılarda öz əksini tapmışdır. Beləliklə, zərərçəkmişə ümumilikdə 35.000 (otuz beş min) ABŞ dolları ziyan dəymişdir.
Yuxarıda göstərilən anlaşılmaz məqamlarla bağlı zərərçəkmişin nümayəndəsi Azərbaycan Respublikası Baş prokuroru nəzdində MİƏQ-nun rəhbəri, baş ədliyyə müşaviri Elmar Camalova rəsmi vəsatətdə ünvanlayır. Cavab özünü gözlətmir. Belə ki, 31 may 2013-cü il tarixdə Baş Prokurorluğun İstintaq qrupunun müstəntiqi, ədliyyə müşaviri Mehdiyev Telman Şamil oğlu, 1320060035 nömrəli cinayət işinin materiallarını nəzərdən keçirib zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatətinin rədd edilməsi haqqında qərar verir. Müstəntiq hesab edir ki, vəsatət əsassız olduğundan rədd olunmalıdır. Müstəntiqə görə. N.Babaşov M.Məcidov AR CM-nin 29, 178.3.2, 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, onların, habelə və Səfər Kələntərov, Yasin Babayev, Şahin Həsənovun MTN zabiti Mahir Abdullayevin itkin düşməsinə aidiyyətlərinin olması müəyyən edilməmişdir. Müstəntiq israrla sübut etməyə çalışmışdır ki, N.Babaşova və M.Məcidovun zərərçəkmişdən 35.000 ABŞ dolları almaları istintaq zamanı öz təsdiqini tapmamışdır. Ədalətsiz qərarda göstərlilir ki, “istintaqa təqdim edildiyi və internet vasitəsilə yaydığı videogörüntüdə zərərçəkmiş Səfər Kələntərovla danışarkən, N.Babaşova və M.Məcidova 20.000 ABŞ dollarını verməsini bildirmişdir. N.Babaşov və S.Kələntərov isə ifadələrində göstərmişlər ki, onlar Sankt Peterburq şəhərindən qayıdandan sonra “İstanbul” evlərinin həyətində Elsəvər Abdullayev M.Məcidovdan qardaşı Elşadın hansı məbləğdə pul verməsini soruşduqda, sonuncu pul vahidini göstərməyərək 50.000 rəqəmini səsləndirmişdir. Lakin M.Məcidov bütün ifadələrində 50.000 rəqəmini səsləndirmədiyini, zərərçəkmişin cəmi 4.000 ABŞ dollarını N.Babaşova və S.Kələntərova 1.000 ABŞ dollarını verməsini, rəqəmin ona zərərçəkmiş Elşad Abdullayevin şəxsən deməsini göstərmişdir. Göstərilən ziddiyyətlər nəzərə alınaraq zərərçəkmişin qeyd edilən cinayət qrupuna cəmi 4.000 ABŞ dolları pulun verməsi qənaətinə gəlinməlidir.”
Azad Mursaliyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button