Əli Əsədov ətrafında müəmma

Əli Əsədov

“MTN işi”ndə adı keçən iri ranqlı məmuru hakimiyyət üçün vazkeçilməz edən nədir? Qabil Hüseynli: “Vacib kadr olduğunu hesab etmirəm”

Ötən il oktyabrın 17-də baş verən “MTN inqilabı”ndan sonra bəzi iri ranqlı məmurların vəzifələrindən azad olunacağı deyilirdi. Belə şəxslərdən biri də prezidentin iqtisadi əlaqələr üzrə köməkçisi Əli Əsədov idi. 
Mətbuatda zaman-zaman onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinin olması barədə yazılar dərc olunub. Hətta onların Bakının 20-ci sahə massivində yerləşən “Narşərab” restoranında “MTN inqilabı” baş verənə qədər tez-tez görüşdükləri deyilirdi. Ötən həftə prezidentin Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin etməsi Ə.Əsədov mövzusunu aktuallaşdırdı. Onun işdən azad ediləcəyi deyilsə də, bu barədə  rəsmi qərar hələ ki yoxdur. Onunla bağlı müəmma davam edir.  Ə.Əsədovu iqtidar üçün vazkeçilməz edən səbəblər müəmmalıdır.
Politoloq Qabil Hüseynli hesab edir ki, hakimiyyət kadr islahatlarında ehtiyatlı hərəkət edir: “İqtidar nə qədər kadr islahatlarında ehtiyatlı davransa da, artıq bu proseslərə start verib. Bu islahatların müəyyən mərhələsində lazım olmayan kadrlarla iqtidar vidalaşacaq. Onları yeni gənc kadrlarla əvəz edəcək. Ona görə də bu gün Əli Əsədov barəsində qəti fikir bildirmək çətindir. Çünki hər şey ölkə prezidentinin iradəsindən asılıdır. Açığı, hakimiyyət üçün onun vacib kadr olduğunu hesab etmirəm. Ümumiyyətlə, hakimiyyət komandasında kadrları vacib, yaxud vacib olmamaqdan daha çox, səriştəli və səriştəsizliyinə, vətənpərvərliyinə görə qiymətləndirmək lazımdır. Müstəqil dövlətin bir vətəndaşı kimi konstitusiyaya, ona ayrılmış hüquqları necə vicdanla yerinə yetirməyə önəm vermək vacibdir”.
 
 
Politoloq Ərəstun Oruclu bu sualın cavabını başqa amillərdə axtarmağın vacib olduğunu qeyd etdi: “Bu sualın cavabı ondadır ki, ”MTN işi”nin baş fiquru olan Eldar Mahmudov indiyə qədər niyə həbs olunmayıb? Əgər o, həbs olunmayıbsa, onun istintaqa cəlb olunması barədə məlumat yoxdursa, “MTN işi”ndə gedən istintaq barədə ictimaiyyət məlumatlandırılmırsa, o zaman sual olunur ki, Əli Əsədov niyə vəzifəsindən azad olunmalıdır, yaxud həbsə alınmalıdır? Onun barəsində yazılanlar, yaxud deyilənlər, sadəcə, ehtimallardır. Əsədovun vəzifəsindən çıxarılmalı olduğunu deyə bilmərəm. Çünki bu barədə hansı əsasların olduğunu bilmirəm”.
Cavanşir ABBASLI  

Əlaqəli məqalələr

1 şərh

  1. ‘Əli Əsədov ətrfında müammanın sirri onun təşkilatcılıgı ilə sahibələrindən biri oldugu Azimport MMC tərəfindən talanaraq mənimsənilən büdcə və vətəndaşlara catacaq milyardan cox vəsaitin mənumsənilməsini həbsə olan şərki Rəşad Məmmədovun boynuna qoymaq və bu yolla əli əsədovu c cinayət məsuliyyətindən azad etməkdən ibarətdir. MTN -də aparılan istintaqda prokurorlugun xeyr-duası ilə bi istiqamətdə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button