Nazir müavini iş adamlarının pulunu niyə vermir? FOTO

arif-esgerov-demiryol-300x225

Arif Əsgərovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət

İş adamları Əsgərov Cavanşir Əli oğlu, Əhmədli Camal Qaçay oğlu və İbadi Rahid Famil oğlu tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Onlar müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. İş adamları yazır ki, nəqliyyat nazirinin müavini Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olarkən sözügedən qurumun sifarişilə bir sıra layihələr reallaşdırıblar.

Nəticədə QSC-nin Cavanşir Əsgərova 150.000 manat, Rahid İbadiyə 60.000 manat, Caval Əhmədliyə isə 184.600 manat borcu yaranıb. Lakin iş adamları borclarını ala bilmirlər. “Biz Ağstafa, Qazax, Gəncə, Göy-Göl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda işlər görmüşük. Ailəmizdən, evimizdən ayrı düşərək həm dövlət proqramında iştirak etmişik, həm də bir tikə çörək qazanmaq istəmişik. Nəzərinizə çatdırmaq istəyirik ki, biz 10 ilə yaxındır ki, ”Azərbaycan Dəmir Yolları” QSC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk. Onlarla müvafiq əmək müqavilələri imzalamışıq. Lakin sonradan məlum olub ki, müqavilələrin surətlərini qəsdən bizlərdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin zəhmət haqqının 20-30 faizini ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir. Dedilər ki, növbəti aylarda pullarınızı alacaqsınız. Lakin belə olmadı. Elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Araşdırmalardan sonra məlum oldu ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 (üç yüz) nəfərə yaxın “ölü can” vardır. Bu yolla o külli miqdarda mal-mülk sahibi olub. Onların siyahısını sizə təqdim edirik.

Quba rayonu, İ.Dağıstanlı küçəsində villa;

Qubada restoran;

Şabran rayonunda villa;

Xaçmaz rayonunda dəmir yolu stansiyasının yanında şadlıq sarayı;

İsmayıllıda villa;

Varovskidə, Koroğlu küçəsində əzəmətli villa;

Bilgəhdə villa;

Nabran rayonunda villa;

Gəncə şəhərində “Delavoy dvor” adlanan Azərbaycan küçəsində yerləşən, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər; Qara rəngli “Mercedes GL-500″ markalı 90 AA 856 dövlət nömrəli nişanlı, qara rəngli ”Lexus 5.7″ markalı, 90 AA 524 dövlət nömrə nişanlı, qara rəngli “Range Rover” markalı və ağ rəngli “BMW X5″ markalı maşınlar”.

İş adamları bildirirlər ki, pullarını ala bilmədiklərinə görə banklardan kredit götürüb işçilərin maaşını veriblər. Devalvasiyadan sonra kredit borcları iki dəfə artıb. Müraciət müəllifləri daha sonra bildirib: “Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina edib.

Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin dirijoru departamentin rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd edib ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin. Ancaq deyəsən, Çingiz Məmmədov ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.

Hörmətli Kamran müəllim!

Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz”.

villa4

villa5

villa2

villa3

villa1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button