|

“Gündəm Xəbər” qəzeti Mətbuat Şurasını məhkəməyə verir

Qəzeti kim sıradan çıxarmaq istəyir: Ramiz Mehdiyev, Ziya Məmmədov, yoxsa Kəmaləddin Heydərov?!

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Gündəm Xəbər” qəzetinin kollektivi Mətbuat Şurasının qəzetlə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməsinə etiraz olaraq mətbuat konfransı keçirib.

“Mətbuat Şurasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinə hansı səbəbdən müraciət etməsi qəzetin kollektivinə bəlli deyil. Qəzetin kollektivi hesab edir ki, Mətbuat Şurası sifariş yerinə yetirir. Çünki nə Korrupsiya İdarəsi hansı epizod üzrə araşdırma apardığını bildirir, nə də Mətbuat Şurası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə hansı səbəbdən müraciət etdiyini izah etmir. Mətbuat Şurasının baxışından belə çıxır ki, Azərbaycanda korrupsiyanı məmurlar deyil, qəzetlər edir”, – deyə qəzetin təsisçisi Şirin Cəfəri bildirib.

“Gündəm Xəbər” qəzeti Mətbuat Şurasının üzvü deyil. Qəzetin yaradıcı heyətinin çıxışlarından bəlli olub ki, mətbuat orqanı son dövrlər səhifələrində daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nəqliyyat naziri Ziya Məmmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tənqidinə daha çox yer ayırıb. “Mətbuat Şurasının bizə hər hansı müraciət etmədən, tənqid obyekti ilə müzakirə təşkil etmədən prokurorluğa müraciət etməsi bir daha hansısa sifarişi yerinə yetirdiyindən xəbər verir”, – deyə qəzetin əməkdaşı Nəsimi Şərəfxanlı bildirib.

“Mətbuat Şurası tənqidin razı olmayan subyektindən irəli gedərək, istintaq orqanına müraciət edir. Halbuki Mətbuat Şurası əməliyyat, axtarış və ya istintaq funksiyalarını yerinə yetirmir”, – deyə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vurğulayıb.

“Gündəm Xəbər” qəzetinin mühasibat hesabatının tam şəffaf olduğu bildirilib. Qəzetin kollektivi Mətbuat Şurasına, Baş Prokurorluğa sorğu göndərəcəyini və Mətbuat Şurasını onlara böhtan atdığına, nüfuzlarına zərbə vurduğuna görə məhkəməyə verəcəyini bildirib.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Oxunma sayı: 4013

Qısa URL: http://www.xural.com/?p=3372

Göndərən: 16 May 2011. Bölmə Mətbuat. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • aksachli: ev telefonuna zadina bax bunun e senin yashin qeder sheir yazibe o adam… !
  • aksachli: ee duurr
  • Sevda: Evveller nece maraglı, sevıyelı bır kanal ıdı. V. Mustafayev gelennen sonra çekdıyı sevıyesız kınolar kımı...
  • Ruslan: Kimin iwi xod gedir terifleyir
  • kamale: Salam .men gundelik 50 mb kompaniyasini ne e dayandira bilerem

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters