Hüseyn Abdullayevdən yeni şeir: “Necə söyməyim?”

Tanınmış mühacir soydaşlarımızdan Hüseyn Abdullayev özünün facebook səhifəsində yeni şeirini paylaşıb. xural.com şeiri Oxucularına təqdim edir:

hüseyn abdullayev

Necə söyməyim?

Milyonların aqibəti bilinməz,
Əlindədir üç-dörd düşük haydutun.
Ədalətin sanki laldı, dil bilməz,
Xain dünya, səni necə söyməyim?

Millətimiz nələr gördü, nələri,
Pis niyyətli alçaqların əməli.
Bu ölkədə yoxmu insan dəyəri?
Qansız dünya, səni necə söyməyim?

Çaqqalların fərman verir zamana,
Hər kəs bezib, bilmir kimə inana.
Bürünmüsən min cür fitnə, yalana,
Saxta dünya, səni necə söyməyim?

Girmək üçün düzülüblər sıraya,
Heç bir kəsi buraxmazlar araya.
Qibləyə yox, üz tutublar saraya,
Çirkin dünya, səni necə söyməyim?

Mövqeyinin ehtibarı sürüşkən,
Heç fələk də baş çıxarmır bu işdən.
Neçə şair, neçə müdrük söymüşkən,
Mən də Hüseyn, niyə susum, dinməyim?
Yalan dünya, səni necə söyməyim?

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button