Ağalar Bayramov: “Təlimat Kremldən gəlir”

ağalar bayramov

Əməkdar artist Ağalar Bayramov

Bəli, fikirlərimdə yanılmadım, Moskva Bakıdan istədiyini ala bilmədiyi üçün, artıq Moskvadakı diskussiyalarda Azərbaycanı ittiham edirler. Təlimat Kremldən gəlir. Rus heç zaman for-postu Ermənistanı ayağa verməz, o halda verər ki, Azərbaycandan istədiyini alsın, yəni bizi də Ermənistan kimi özünə ram etdirsin! Vəssalam! Kremlə fərq etməz ki, biz onlara qarşı necəyik. Buna rus deyərlər, dovşanı araba ilə tutan rus. Sarkisyanın ağzından çıxan sözlər Kremlin – Putinin sözləridir. “Sarkisyan Putinin təkliflərini eşitməyib müharibə yolunu tutdu” sözü isə görüntü yaratmaqdan ötrüdür, yəni guya Ermənistan özü müstəqil fikir ifadəçisidir… Yalançının lap… Demişdim ha…

Rusa etibar yoxdur. Ondan tərəfdaş olmaz! Ona yalnız onun tapşırıqlarına sözsüz əməl edən marionetkalar lazımdır – Ermənistan kimi! Artıq yəqin etdim ki, isğal olunan ərazilərin boşaldılması müqabilində rəsmi Bakıdan istədiyini ala bilməyib. İstək isə “sülhməramlı” adı altında Qarabağda baza yerləşdirmək. 1993-cü ildən bunların arzusu yalnız budur! Bunların xislətinə ulu öndər, rəhmətlik Heydər Əliyev də, Şevardnadze də yaxşı bələd olduqlarından, onları yaxın buraxmadı. Onlar bilirdilər ki, Qarabağı , Osetiya və Abxaziyanı bu istəyə görə işğal edib Kreml. Bu da baş tutmayıb deyə indi Kremldən başqa hava gəlir. Sifarişli politoloqları başlayıblar ermənini müdafiə etməyə.

Sənə Allah lənət eləsin, Hitler, məkr yuvası Moskvanın 30 km-liyindən geri dönən yerdə. İkinci cəbhəni açan yerdə əlləriniz quruyaydı Ruzvelt, Çörçill.

ÜMİD SƏNƏDİR ANCAQ, AZƏRBAYCAN ƏSGƏRi!!!

Mən Azərbaycanımızın mənafeyini hər şeydən uca tutan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevlə və silahlı qüvvələrimizlə bir cərgədəyəm!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button