|

General Rasim Musayev

Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi oldu…

 

Azərbaycan prezidenti Gəncə Şəhər Baş Polis İdarəsinin və DİN Katibliyinin rəisinə general-mayor rütbəsi verdi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin iki zabitinə general-mayor rütbəsi verilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Musayev Rasim İslam oğlu və DİN Katibliyinin rəisi Şirinov Nüsrət Kamran oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə qərar qəbul edib.

Rasim Musayevin fəaliyyəti haqqında zaman-zaman qəzetimizdə də məlumatlar vermişik. Onun işini bilən və bacarıqlı polis olduğunu hamı bilir. Bakıda işlədiyi dövrlərdə də belə olub, Cəlilabaddakı rəislik dönəmində də belə olub, 2 ildən bir qədər artıq təyin olunduğu Gəncə şəhərində də belədir. “Xural” obyektivliyin zəruri tələbi kimi hər zaman “ağa ağ, qaraya qara” deyib və indinin generalını zamanında qiymətləndirə bilib. İnanırıq ki, Rasim Musayevin aldığı general rütbəsi və Baş Polis İdarəsinə çevirdiyi Gəncə Şəhər Polis İdarəsi onun vəzifə pillələrində sonuncu dayanacağı olmayacaq. İnanırıq ki, Azərbaycan dövlətçiliyi yolunda Rasim Musayevin hələ qət edəcəyi uzun bir yol var.

Şərəfli, işini bilən, həqiqətən Azərbaycan vətəndaşlarının keşiyində duran bütün namuslu polisləri polis günü münasibətilə təbrik edirik.

 

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Oxunma sayı: 5301

Qısa URL: http://www.xural.com/?p=4249

Göndərən: 4 İyl 2011. Bölmə XuralTAC. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

Şərh yazın

120x600 ad code [Inner pages]

Ən yeni şərhlər

  • Seadet: Bizim dövlet “Ay aman respublikamizda bir nefer de inkishaf edib ireli gedir,göresen nece lengide...
  • Ilqare: Bir milletin ki pasport sisteminin nezareti icrasi ermeniye verilib, day ne gozduyesen bundan? Yeri yurdu...
  • GULESEN: SEVGIDIR INSANI DUNYADA YASADAN, SEVGISIZ INSANIN NE SIRDASI VAR…
  • anar: axirinci seyir gereksiz idi,kecmis prezidente yazilan,qalanlari sanki dini kelamlar ve mudrik nesihetler...
  • seymur: evvala salamlar birincisi bawqasinda sehf axtarma cunki ozun sehflerle yawayirsan ele yazirsizki...

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters