Prezidentin qızı dünya evinə girir…

Arzu Əliyevanın Səməd Qurbanovla toyu babasına məxsus “Amburan”da olacaq…

 Azərbaycandan məhdud sayda insanın qatılacağı toya bütün dünya gəlir…

 İtaliyadan dəyəri milyonlarla avro olan xüsusi avadanlıqlar gətirilir…

Bir müddət əvvəl prezident İlham Əliyevin 2-ci qızı Arzu Əliyevanın məşhur iş adamı “Vostok Aydın”ın oğlu Səməd Qurbanovla nişanlandığı və sentyabr ayının 3-də toy mərasimlərinin qeyd olunacağı xəbərini vermişdik. Toy mərasimi və onun keçiriləcəyi yer haqqında XutalTAC-a məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, sentyabrın 3-də, Buzovnada təşkil olunacaq toy məclisi dəniz sahilində yerləşən “Amburan” İstirahət Mərkəzində keçiriləcək. “Bir müddətdir işlər başlayıb. “Amburan”a gedən yollarda hərəkət məhdudlaşdırılıb və orada gecəli-gündüzlü gərgin iş gedir” – deyən mənbə, toy mərasimi üçün İtaliyadan xüsusi avadanlıqların gətirildiyini bildirib: “Dəvətlilər açıq havada oturacaqlar. Təxminən dənizin içində. Bu auranı mükəmməl etmək üçün İtaliyadan xüsusi avadanlıqlar və işıqlandırmalar gətirilib. Milyonlarla avro pul xərclənərək gətirilən və quraşdırılan avadanlıqlar toya xüsusi rəng qatacaq. Toy mərasimi açıq havada keçiriləcəyi üçün xüsusi zövqlə hazırlıqlar aparılır. Toy mərasimi başa çatandan sonra avadanlıqlar İtalıyaya qaytarılacaq”.

“Amburan” İstlrahət Mərkəzinin seçilməsinin də xüsusi mənası varmış. Belə ki, bu istirahət mərkəzinin Arzu Əliyevanın babasının – Arif Paşayevin olduğu bildirilir. Həm də məkan rahat yerdə yerləşdiyi üçün prezident də razılığını verib. Gələn qonaqlar Bakıya girmədən elə hava limanındanca toyda iştirak edib qayıdacaqlar və ayın 3-də bütün yolların bağlı olacağı da onların rahat hərəkət etməsini təmin edəcək (Onların rahatlığı isə yalnız ərazidə yaşayan insanların hüzurunu pozur və indidən başlayan işlər insanların bəzilərinin narazılığına səbəb olub).

Mənbə Prezident qızının toy mərasimində Azərbaycandan çox az adamın qatılacağını bildirir. Amma dünyanın ən görkəmli adamları və müğənniləri təbii ki, həmin gün “Amburan”da olacaq.

Biz isə sentyabrın 3-də baş tutacaq bu toydan məlumat əldə etməyə və dərc etməyə çalışacağıq.

Təbii ki, məhdud imkanlarımızla…

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button