|

Anar Məmmədov-Taleh Heydərov rəqabəti başladı!

Ziya Məmmədovun oğlu reabilitasiya olunmaq üçün siyasətə pul xərcləyir

 Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun prezidenti olduğu “ZQAN Holdinq” deputat Ceyhun Osmanlının sədrlik etdiyi “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunan “Azərbaycanı tanı” kitabına və www.discoverazerbaijan.az saytına sponsorluq edib. A.Məmmədov bununla bağlı çıxışında “ZQAN holdinq”in hər zaman gənclərə dəstək olmağa hazır olduğunu vurğulayıb: “Biz Azərbaycanın tanınması, təbliği üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. «ZQAN Holdinq» olaraq bundan sonra da Azərbaycanın tanınmasına xidmət edən layihələrə dəstək olacağıq”.

Haqqında mətbuatda birmənalı olmayan informasiyaların dolaşması fonunda Anar Məmmədovun belə geniş miqyaslı layihəyə sponsorluq etməsi, üstəlik bununla bağlı tədbirdə özünün şəxsən iştirak edərək ictimaiyyətə bir sıra maraqlı mesajlar verməsi təsadüfi sayıla bilməz. Görünür, Ziya Məmmədovun oğlu, haqqında ictimaiyyətdə formalaşan rəyi dəyişməkdə qərarlıdır və bu məsələdə “İrəli”nin dəstəyinə etibar edib.

Azərbaycanda məmur övladlarının belə ictimai layihələrə dəstək verməsi faktı geniş yayılmasa da, olmamış da deyil.

Fövqəladə Hallar naziri Kəmalləddin Heydərovun oğlu, Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun gənc yaşlarından aktiv ictimai fəaliyyətlə məşğul olması, milli məsələlərlə bağlı tutduğu qəti və bəzi hallarda təqdirlə qarşılanan mövqe, geniş diaspor fəaliyyəti hər kəsə bəllidir. Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III qurultayı ərəfəsində Tale Heydərovu “Tərəqqi” medalı ilə təltif etməsini onun uğurlu diaspor fəaliyyətinə verilən yüksək qiymət kimi də dəyərləndirmək olar.

Bu mənada uzun müddətdir ətrafında qalmaqallar səngiməyən Anar Məmmədovun qəfil ictimai fəaliyyətə başlaması müsbət hal olsa da, təsadüfi də sayıla bilməz…

Maraqlıdır ki, bu günə qədər «ZQAN Holdinq»in təcrübəsində hansısa ictimai təşkilatın maliyyələşdirilməsi olmayıb.

Anar Məmmədovun Ceyhun Osmanlı ilə əməkdaşlıq etməsini başqa bir aspektdən şərh edənlər də var. Uzun müddət «İrəli»də işləmiş həmsöhbətimiz deyir ki, son zamanlar Ceyhun Osmanlının Prezident Administrasiyasından aldığı pullarda bəzi problemlər yaşanıb. Məhz bu problemlər səbəbindəndir ki, C.Osmanlı özünə yeni tərəfdaşlar axtarmağa başlayıb. Ola bilsin ki, C.Osmanlı Anar Məmmədovu imicinin pis olmasına inandıra bilib və bunun təmizlənməsi üçün əlindən gələni etməyə hazır olduğunu təklif edib. Məlumatlara əsasən, nəqliyyat nazirinin oğlu bundan sonra da bir sıra hakimiyyətyönümlü saytlarla əməkdaşlıq etməyə çalışacaq. Anar Məmmədovun Tale Heydərovdan fərqli olaraq «biznesmen cavan» imicini dəyişməsi üçün əlindən gələni etdiyi də söylənilir. Məhz bu məqsədlə Ziya Məmmədovun oğlu hətta diaspora fəaliyyətinə də qatılmaq istəyib.

Maraqlıdır ki, bu məsələ ilə bağlı artıq Ziya Məmmədovun da şəsxən təşəbbüslərdə bulunduğu deyilir. Hakimiyyət daxilindəki mötəbər mənbənin məlumatına əsasən, Z.Məmmədov oğlu Anar Məmmədovun diaspora fəaliyyətini qoşulmasına razılıq almaq istəyib. Lakin Diaspora Komitəsinin sədri Nazim İbrahimov bu məsələ ilə bağlı bir neçə gün fikirləşmək üçün vaxt istəyib. Bundan sonra N.İbrahimov nəqliyyat nazirinə «şef icazə vermədi» deyib. Qeyd edək ki, tərəfdarları arasında Kəmaləddin Heydərova «şef» deyə müraciət olunur. Məhz «şef»in oğluna yeni oliqarx-məmurun oğlunun rəqib olaraq gəlməsini istəməyən K.Heydərov da demək olar ki, bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Oxunma sayı: 3726

Qısa URL: http://www.xural.com/?p=8727

Göndərən: 10 Okt 2011. Bölmə Siyasət, XuralTAC. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

1 şərh var üçün “Anar Məmmədov-Taleh Heydərov rəqabəti başladı!”

  1. Alqishlamaq lazimdir.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • aksachli: ev telefonuna zadina bax bunun e senin yashin qeder sheir yazibe o adam… !
  • aksachli: ee duurr
  • Sevda: Evveller nece maraglı, sevıyelı bır kanal ıdı. V. Mustafayev gelennen sonra çekdıyı sevıyesız kınolar kımı...
  • Ruslan: Kimin iwi xod gedir terifleyir
  • kamale: Salam .men gundelik 50 mb kompaniyasini ne e dayandira bilerem

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters