|

General Heydər Piriyev «Xural»a danışdı! -YENİLƏNİB

Heydər Piriyev

Heydər Piriyev: «Naxçıvanda işimin başındayam, Bakıya gəlməmişəm»

 Qəzetimizin ötən saylarında Ali Hərbi Komandanlar Məktəbinin sabiq rəisi, general-mayor Heydər Piriyevin Naxçıvanda qeyri-adekvat münasibətlə üzləşməsi barədə yazı dərc edilmişdi. «Vasif Talıbov generalı Naxçıvandan qovub!» başlıqlı yazıda qeyd etmişdik ki, Səfər Əbiyevin əmri ilə H.Piriyev Naxçıvan ordu korpusuna rəis müavini vəzifəsinə göndərilib. Lakin orada generalı möhkəm sıxışdırıblar və o, Naxçıvandan Bakıya qaçıb. Daha sonra qeyd etmişdik ki, Naxçıvan korpusunun idarə edilməsində əslində hərbi sahəyə heç bir aidiyyəti olmayan şəxslər iştirak edirlər. Elə general Piriyevin qarşılaşdığı problemlərin kökündə də bu dayanırmış. Məlumatlara əsasən, H.Piriyevin əmrlərinin icra olunmasına korpus komandiri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev maneçilik törədirmiş. Bildirilirdi ki, heç bir hərbi rütbəsi və vəzifəsi olmayan Nemət Mustafayev Vasif Talıbovun göstərişlərini əsas tutaraq muxtar respublikada ordunun bütün “qara işləri”ni həyata keçirməklə məşğul olur.

Elə buna görə də cəmi bir həftəlik işdən sonra H.Piriyev geriyə, Bakıya qayıdıb. Müdafiə naziri Səfər Əbiyevlə görüşü zamanı H.Piriyev Naxçıvanda işləyə bilməyəcəyini deyib. Bundan sonra isə Səfər Əbiyev onun arqumentləri ilə razılaşıb. H.Piriyevin hazırda Müdafiə Nazirliyində işlədiyi də yazdıqlarımız arasında idi.

Bu məlumatı dərc etdikdən sonra «Yeni Müsavat» qəzetində mövzu inkişaf etdirilib və yeni informasiyalar dərc edilib. Mövzunun aktuallığını nəzərə alaraq qarşı tərəf olaraq Heydər Piriyevin də baş verənlərə münasibətini öyrənməyə çalışdıq. Çətinliklə də olsa Naxçıvan Korpusunun komandan müavini, general-mayor Heydər Piriyevlə əlaqə saxlaya bildik. General bizimlə söhbətində ilk öncə hazırda Naxçıvanda olduğunu deməklə barəsində yazılanlara münasibət bildirdi. «Hazırda Naxçıvandayam. İşimin başındayam və yazılanların heç biri həqiqətə uyğun deyil. Mən bura təyinat alandan sonra istər korpusumuzun komandiri Kərəm Mustafayevin, istərsə də qəzetinizdə yazılan Nemət Mustafayevin çox böyük insani münasibəti ilə qarşılaşdım. Həm onlar, həm də naxçıvanlılar məni çox yaxşı qarşıladılar» deyə həmsöhbətimiz bildirdi. Əlavə etdi ki, onunla Nemət Mustafayev arasında heç bir insident yaşanmayıb: «Nemət müəllim çox gözəl insandır. Onunla aramızda heç bir problem yoxdur. Mən çox təəssüf edirəm ki, qəzetlər barəmdə belə yazılar yazırlar. Mən Azərbaycan ordusunda uzun təcrübə toplamış, adımın, zabit şərəfimin müqəddəsliyi üçün çox böyük yol keçmişəm. Belə yazıları necə yazırlar axı. Azərbaycan ordusunda şəxsi heyət arasında çox sağlam bir mühit var. Bir generalın başqa bir generala qəzetlərin yazdığı kimi əmrlər verməsi, süpürgəylə yer süpürtdürməsi mümkündürmü? Bu barədə yazmaq etik deyil məncə».

Daha sonra Heydər Piriyev Kərəm Mustafayevlə aralarında heç bir insidentin olmadığını, müdafiə nazirinə heç bir şikayət etmədiyini, əksinə, böyük həvəslə işinin başında olduğunu təkrar qeyd etdi. Vurğuladı ki, əksinə Naxçıvanda xidməti evini təmir etdirir. «Burada da mənə göstərilən yüksək səviyyəli etimadı doğrultmağa çalışacam. Hər zaman olduğu kimi əlimdən gələni edəcəm ki, zabit şərəfimin, sevimli ordumun adına layiq olum. Mən 3 aydır Naxçıvandayam və buradan heç bir yerə getməmişəm. Bakıda da olmamışam» deyə general «Xural»a açıqlamasında bildirdi.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

QEYD Bu məqalə dərc olunandan 2 il sonra general-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.

Buna qədər H. Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda – Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib. 

Oxunma sayı: 6476

Qısa URL: http://www.xural.com/?p=8938

Göndərən: 12 Okt 2011. Bölmə Siyasət, XuralTAC. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

2 şərh var üçün “General Heydər Piriyev «Xural»a danışdı! -YENİLƏNİB”

  1. Heyder Priyev super insandi onu taniyanlar bilir bow bow sozler yazmagnan hecne elde ede bilmiyessiz. Onsuzda sizin kohne pewevizdi temiz insana bohtan atmag

  2. Mənim həm məktəbdə həm də Naxçıvanda risim olu Oğuldur

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • aksachli: ev telefonuna zadina bax bunun e senin yashin qeder sheir yazibe o adam… !
  • aksachli: ee duurr
  • Sevda: Evveller nece maraglı, sevıyelı bır kanal ıdı. V. Mustafayev gelennen sonra çekdıyı sevıyesız kınolar kımı...
  • Ruslan: Kimin iwi xod gedir terifleyir
  • kamale: Salam .men gundelik 50 mb kompaniyasini ne e dayandira bilerem

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters