Abbas Abbasov milyarderləri AzərRos-a toplayır

1_300x20022.06.2013

İyunun 28-də Moskvada Abbas Abbasovun sədrliyi ilə Rusiya Azərbaycalılarının Federal Milli Mədəni Muxtariyyatın (AzərRos) iclası keçiriləcək. İclasda “Milyarderlər İttifaqı”nın rəhbərliyi də iştirak edəcək. Həmçinin təşkilatın regionlardan olan rəhbərləri də dəvət olunanlar sırasındadır. 

AzNews.az qurumun saytına istinadən xəbər verir ki, iclasda AzərRos sədrinin çıxışı, qurumun 2013-cü il ikinci yarım ili üçün fəaliyyət planı müzakirə ediləcək. Bundan başqa Federal Şuraya seçkilər keçiriləcək, təşkilatın 2013-cü il üçün büdcəsi təsdiqlənəcək və üzvlüklə bağlı yeni daxil olan müraciətlərə baxılacaq.

AzərRos-un Federal Şurasının iş reqlamentinin müəyyən edilməsi, simvol və himnin hazırlanması barədə müzakirələr də iclasın gündəliyinə daxil edilib.

Alınan məlumata görə, tədbirdə Azərbaycandan da bir sıra siyasilərin iştirakı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button