Abbas Abbasov Rusiyada yeni hərəkat yaratdı

a abbasov17.07.2013

Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyatı (“Azerros”) yeni qurumunu təsis edib. Bu barədə Moskvadakı mötəbər mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (Milyarderlər İttifaqı) rəhbərliyinin də daxil olduğu toplantıda Rusiyada yaşayan Azərbaycanlı Qadınlar Liqası təsis edilib. Toplantıda çıxış edən “Azerros” prezidenti Asif Məhərrəmov, qurumun Ağsaqqallar Şurasının sədri Abbas Abbasov, fəxri prezident Söyün Sadıxov, bəstəkar Asya Sultanova, ilahiyyatçı alim Qasım Qasımov çıxış edərək Rusiyada yaşayan qadınların da ictimai-siyasi proseslərə cəlb edilməsini, onlar arasında təşkilatlanma işlərinin vacibliyini xüsusi qeyd ediblər.

Tədbirin sonunda Rusiyada yaşayan Azərbaycanlı Qadınlar Liqasına seçki keçirilib. Mehparə Hümbətova təşkilatın sədri seçilib.

http://www.faktxeber.com/abbas-abbasov-rusiyada-yeni-hrkat-yaratd_h429348.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button