Abel Məhərrəmov jurnalistika fakultəsinin “altını üstünə” çevirdi….
BDU-da gözlənilməz proses –Jurnalistika fakültəsinin dekanı və dekan müavini vəzifələrindən uzaqlaşdırıldı.
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyevə qarşı haqsızlıq.
Bu barədə xural.com-a BDU-dan məlumat verilib.
Məlumata görə, onlar öz ərizələri tutduqları vəzifələrindən uzaqlaşıblar.
Xatırladaq ki, Ş. Vəliyev bu il fevralın 2-də insult diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Şahidlərin dediklərinə görə, Vəliyevin bu duruma düşməsində səbəb BDU-nun rektoru Abel Məhərrəmovla aralarında olan gərgin münasibət olub. Dekan xəstəliyi ilə əlaqədar tutduğu vəzifədən təbii olaraq uzaqlaşdırılandan sonra, onun yerinə namizəd kimi Cahangir Məmmədli təyin olunub. C.Məmmədli vəzifəsini müvəqqi i icra etdiyi dönəmdə dekan müavini Ə.Hacıyevi də tutduğu vəzifədən uzaqlaşdırıb. BDU-nun jurnalistika fakultəsinin tələbələri bu qərarı qərəzli hesab edir və Hacıyevi tələbələrlə “dil tapan” yeganə məsul əməkdaş hesab edirlər. Bu addımı isə universitet rəhbərliyinin az-çox azad təfəkkürə malik jurnalistika fakultəsində “ciddi nizam-intizam yaratmaq” həvəsindən irəli gəldiyini söyləyirlər.
Qeyd edək ki, Şamil Vəliyev 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri və dekanı vəzifəsində çalışıb.
Əli Hacıyev isə 1985-ci ildən BDU-da çalışır. Bundan əvvəl 1979-1983-cü illərdə İşıq nəşriyyatında çalışıb. 1983-cü ildə BDU, televiziya və radiojurnalistikası kafedrası, tədris teleradio studiyasının müdiri vəzifəsində işləyib. 1998-ci ildən televiziya və radiojurnalistikası kafedrasının baş müəllimi, jurnalistika fakültəsinin dekan müavini işləyib.
Hazırda universitetdə Jurnalistika fakültəsinin dekanı vəzifəsini Cahangir Məmmədli, dekan müavini vəzifəsini isə Könül Niftəliyeva icra edir.