Abid Şərifovun üzləri: Rəhbərin və medianın qarşısında – Müqayisəli VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı  Dövlət Komissiyasının sədri olan Abid Şərifov Binəqədi rayonu ərazisində yanan binaya baş çəkərkən jurnalistlərə qarşı növbəti kobudluq edib. 

Binanın hansı şirkət tərəfindən təmir edildiyi haqda suala cavab verən A.Şəriofov media mənsublarını təhqir edib. Baş nazirib müavini müvafiq suala cavabında “sənə nə hansı şirkətdi, pressa bunu niyə bilməlidir ki?! Alaba şirkəti, hə, sonra” deyərək növbəti qabalığına imza atıb.
Xatırlıadaq ki, vəzifəli məmurlar jurnalistlərin verdiyi bütün suallara cavab vermək məcburiyyətindədirlər. Çünki bu məcburiyyəti onların qarşısında qanun yaradır. Əks təqdirdə, həmin məmur KİV tərəfindən məhkəməyə verilir və cəzalandırılır.
Musavat.com A.Şərifovun müxtəlif halıyla bağlı video təqdim edir – baş nazirin müavini prezidentin qarşısında necə danışır, mətbuat nümayəndələrinə necə davranır, öz vətəndaşının faciəsinə necə yanaşır?
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button