ABŞ Avropa ərazisində daha bir neçə hərbi briqada yerləşdirir

ordu-abs

ABŞ Avropa ərazisində daha bir neçə hərbi briqada yerləşdirməyi planlaşdırır.

Bu barədə Pentaqonun “Military Times” qəzeti məlumat yayılıb.

Qəzetin yazdığına görə, planı NATO silahlı qüvvələrinin vahid komandanı Filip Bridlav dəstəkləyib. Alyans başçısı deyib ki, Rusiya təhlükəsinə qarşı Avropanı möhkəmləndirmək lazımdır. 

Vaşinqtonun qərarı dəstəkləyəcəyi halda, Avropaya 3 mindən 5 minə qədər əsgər heyəti olan briqadalar göndəriləcək. Bu son bir neçə onillikdə NATO hərbi kontingentinin Avropa artırıldığı ilk hal olacaq.

Ekspertlər hesab edir ki, ABŞ-ın NATO-nun şərq sərhədlərinə ordu göndərməsi bir neçə həftədən bir aya qədər olan müddəti əhatə edə bilər. Lakin bu heç də maneəsiz ötüşməyəcək. Avropaya qoşunlar göndərilməsi müttəfiqlər və qəbul edən tərəf arasında razılaşdırılmalıdır

Avropa.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button