ABŞ-dan İlham Əliyevə çağırış

Coel Saymon

Hörmətli, cənab prezident

 
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuat azadlığının vəziyyətinin pisləşməsini diqqətinizə çatdırır və bildirir ki, bu, sizin ölkə hökumətinin mətbuat azadlığı və insan hüquqları üzrə öhdəliklərini pozur, ölkənin beynəlxalq imicinə zərbə vurur,  sizin yenidən seçilməyi planlaşdırdığınız qarşıdakı prezident seçkilərinin şəffaflığına əngəl törədir.
  Biz sizi bu tendensiyanı dəyişməyə və mətbuata sərbəst, azadlıqdan məhrum edilməkdən, hücumlardan və ya məhkəmə iddialarından qorxmadan bu barədə yazmağa imkan verəsiniz.
  Siz və administrasiyadakı vəzifəli şəxslər açıq şəkildə bildiriblər ki, Azərbaycan demokratik ölkədir, vətəndaşların hüquq və azadlıqlarına dövlət tərəfindən zəmanət verilib. Siz həmçinin tez-tez mətbuata basqıları pisləmisiniz və jurnalistlərin həbs olunduğunu inkar etmisiniz.
  Bununla belə, JMK bunu əksini hesab edir: sizin ölkədə mətbuat azadlığı ab-havası sizin və məmurlarınızın təsvir etdiklərindən çox pisdir. Əvvəlkitək hökumət onu tənqid edən jurnalistləri həbs edir, prokurorlar jurnalistlərə hücumları araşdırmır, məhkəmələr böhtan ittihamı müstəqil KİV-i cərimə edir.
  Qanunvericilər yerli QHT-nin beynəlxalq maliyyələşdirilməsini məhdudlaşdırmağa cəhd göstərir və İnternetdə söz azadlığının qarşısını almaq istəyirlər.
  Araşdırmalarımız göstərir ki, bu repressiyalar bir il əvvəl – Bakının iki böyük beynəlxalq tədbiri – Eurovision mahnı müsabiqəsi  və İnternet İdarəçiliyi üzrə Forumu keçirdiyi vaxtdan artıb.
  Beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti hökumətdəki korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı məlumat verən jurnalistləri həbsə almaqda davam edir. Redaktorlar da daxil olmaqla, 9 jurnalist həbsdə saxlanılır: Əvəz Zeynallı, Hilal Məmmədov, Araz Quliyev Nicat Əliyev, həmçinin Vüqar Qonaqov, Zaur Quliyev. Bundan başqa jurnalistlər Fuad Hüseynov, Fərəməz Novruzoğlu (Allahverdiyev) və Tofiq Yaqublu həbsdədir.
  Onların əksəriyyəti siyasiləşdirilmiş ittihamlar – narkotik maddə saxlanması, xuliqanlıq, pul tələb etmə və vətənə xəyanət üzrə həbs olunub.
  2012-ci il dekabrın 1-nə olan məlumata görə, Azərbaycan həbs olunmuş jurnalistlərin sayına görə ikincidir.
  Azərbaycan məhkəməsi Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edib. Digər tanınmış redaktorun da sizin məmurların əli ilə azadlıqdan məhrum edilməsi gözlənilir.
Müxalifətdə olan “Azadlıq” qəzetinin redaktoru bu qəzetdə dərc olunmuş məqaləyə  görə iki vəzifəli şəxsin iddiası əsasında böhtanda ittiham olunur.
  Q.Zahidov 2008-ci ildə də jurnalist fəaliyyətinə görə zərər çəkib, dörd il azadlıqdan məhrum edilib, prezident əfvindən əvvəl bu müddətin yarıdan çoxunu çəkib.
  Q.Zahidova qarşı hücum onun qəzetinə təzyiqlərlə üst-üstə düşür.  Son aylar bir neçə məhkəmə “Azadlıq” qəzetini yerli məmurlara böhtana görə ümumilikdə 62000 manat ($ 79 minə yaxın) cərimə edib.
  Digər müxalifət qəzeti “Yeni Müsavat” da dövlət şirkətinin analoji iddiası. Dövlət şirkəti zərərin ödənilməsi üçün qəzetdən 1 mln. manat tələb edir.
  Jurnalistlərə qarşı zorakılıqlar bu il də davam edir: “Zerkalo” qəzetinin jurnalisti Rəşad Rüstəmov martın 2-də Daşkəsəndə hücuma məruz qalıb, dövlət məmurları tərəfindən döyülüb
  Ölkə qanunvericiliyinə dəyişikliklər İnternetdə ifadə azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq və yerli vətəndaş cəmiyyətinin işinə əngəl törədəcək.
  Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu bəyan edib ki, Azərbaycan qanunvericiləri uşaqların zərərli kontentdən müdafiəsi bəhanəsi ilə onlayn-kontent senzuranı tətbiq etməyə çalışırlar.  Lakin hökumətin  belə hüquqi alətləri var və növbəti məhdudiyyətlər üçün zərurət yoxdur.
  Mətbuat Şurası komissiyasının əli ilə tənqidçi müstəqil xəbər agentliklərinin bloklanması ehtimalı var.
  Cənab prezident, bu pozuntular sizin ölkənizin beynəlxalq imicinə ləkədir və Azərbaycanı dünyada mətbuat azadlığını boğan ən pis ölkələr sırasına  çıxarır.
  Sizdən xahiş edirik ki, öz hüquqlarınızdan istifadə edərək 9 jurnalisti həbsdən azad edəsiniz.
  Biz həmçinin sizi tənqidçi KİV-ə qarşı siyasiləşdirilmiş iddialardan imtina etməyə, İnternet və ya mətbuata əlavə məhdudiyyətlər qoyan istənilən hərəkətlərə veto qoymağa çağırırıq.
Hörmətlə, Coel Saymon

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button