ABŞ-dan Türkiyənin keçmiş nazirinə ağır ittiham

ABŞ hökuməti Türkiyənin sabiq iqtisadiyyat naziri Mehmet Zəfər Çağlayanı, Türkiyə Dövlət Bankının sabiq baş direktoru Süleyman Aslanı və daha iki nəfəri ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edib.

ABŞ prokurorları 4 şübhəli şəxsin ABŞ-ın maliyyə sistemindən İran hökumətinin və İran müəssisələrinin maraqlarına uyğun çoxmilyonluq sazişlərin həyata keçirilməsi üçün istifadə etdiklərini və amma bunun ABŞ-ın tətbiq etdiyi sanksiyalarla qadağan edildiyini bildiriblər.

Şübhəlilər iranlı iş adamı Rza Zərrab, eləcə də türkiyəli bankir Mehmet Hakan Atilla və başqaları ilə əlbir olaraq ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətlərdən yayınmaq üçün hərtərəfli sxem hazırlamaqda ittiham olunurlar.

ABŞ-ın Ədliyyə Nazirliyinin  saytında yerləşdirilən məlumatına görə, bu sxem Süleyman Aslanın baş direktor, Mehmet Hakan Atillanın baş direktorun beynəlxalq bankçılıq üzrə müavini olduğu Türkiyə Dövlət Bankının sayəsində geniş şəkildə fəaliyyət göstərib. Şübhəlilər Rza Zarrabın fəaliyyətinə dəstək veriblər və bu işdə bankın rolunu gizlədiblər.

ABŞ prokurorlarının bildirdiyinə görə, Türkiyənin keçmiş iqtisadiyyat naziri İran hökumətinə xidmət göstərilməsi üzrə sxemin gətirdiyi gəlirlərdən onmilyonlarla dollar qazanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button