ABŞ Helsinki Komissiyası: Seçkidə mətbuat azadlığı təmin olunmayıb

ABŞ Helsinki Komissiyası

Təşkilat Azərbaycanda keçirilən seçkini “azad olmayan seçki” kimi qiymətləndirib

“Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində azad seçim, mətbuat azadlığı təmin olunmayıb. Ölkədə 100-dən çox siyasi məhbusun olduğu şəraitdə bu seçkilər keçirilib”.

Bu fikirlər ABŞ Helsinki Komissiyasının “Twitter” bloqunda yazılıb. Helsinki Komissiyası Azərbaycanda keçirilmiş prezident seçkilərini “azad olmayan seçki” kimi qiymətləndirib.

TVİT
TVİT.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button