ABŞ-ın gizli saxladığı “USS Zumvolt” döyüş gəmisi ilk dəfə görüntüləndi – FOTO

ABŞ-ın uzun müddətdir gizli saxlanılan “USS Zumvolt” döyüş gəmisi ilk dəfə görüntülənib.

Onun gözə çarpan ilk özəlliyi dizaynındakı fərqliliyidir. Gəminin ön hissəsi bıçaq formasında hazırlanıb.

İddialara görə, “USS Zumvolt” döyüş gəmisi eyni zamanda suyun altında da hərəkət edə bilir.  Bununla bağlı ABŞ Donanmasından rəsmi açıqlama verilməyib. Bundan əlavə, gəminin arxa hissəsində helikopterin enməsi üçün yer də var.

Başqa bir məlumatda isə “USS Zumvolt”in lazer silahı ilə təhciz olunduğu qeyd edilib. 180 metrlik uzunluğu olan gəmi SM-2 zenit raketlərinə, sahildəki hədəfləri vura biləcək “Tomahavk” raketlərinə, raket məhv edən ESSM sisteminə və sualtı qayıqları məhv etmək üçün “ASROC” torpedo sisteminə malikdir.

Gəmi 4 enerji turbinlə təhciz edilib. Bu sistem sayəsində ehtiyacı olan enerjini özü istehsal edə bilir. Gəmi 148 nəfərlik heyətlə xidmət göstərəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button