ABŞ Konqresinə “Skripalın işi” üzrə sanksiya layihəsi daxil edilib

ABŞ-da iki Konqres üzvü “Skripalın işi” üzrə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan  qanun layihəsini irəli sürüb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, sənəd Demokrat partiyasının üzvü Xoakin Kastro və respublikaçı Mayk Ternerin tərəfindən irəli sürülüb. Qanun layihəsi Sergey Skripala hücumda təqsirli bilinənlər və Rusiya maliyyə institutlarına sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button