ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır

pentaqon

Ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır.

Xural.com apa.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi bəyan edib.

“Mövqeyimiz dəyişməz olaraq qalır. Hesab etmirik ki Şimali Koreya qitələrarası nüvə başlıqlı ballistik raketlərə malikdir. Lakin ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”, deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In KXDR-nın  hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib.

Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button