ABŞ və Rusiya silah ixracına görə dünyada lider oldu

2011-2015-ci illlər ərzində ABŞ və Rusiya silah ixracına görə dünyada lider olub.

Xural.com-un report.az-a istinadən yaydığı məlumatına görə, Stokholm Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin müdafiə xərcləri və ölkələrin silah sənayesi ilə bağlı növbəti hesabatı yayıb.

Hesabatda bildirilir ki, ABŞ və Rusiya şirkətləri dünya bazarını sanki öz aralarında bölüb. Belə ki, dünya silah bazarının 33 faizi ABŞ-ın nəzarəti altındadır. 50 dövlətə silah satan Rusiya şirkətləri isə 25 faiz göstəricisi ilə ikinci sıradadır.

Qeyd edək ki, Rusiya 2015-ci ildə ölkə xaricinə 55 milyard dollar həcmində silah satıb.

Hesabatda bildirilir ki, Avropa ölkələrinin silah idxalı həddindən artıq geriləyib. Son beş il ərzində bu göstərici 41 faiz azalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button