“Ac həriflər” Dərbənd səhnəsində tamaşaya qoyuldu

teatrDərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram TeatrındaƏbdürrəhim bəy Haqverdiyevin eyni adli əsəri əsasında hazırlanan “Ac həriflər” tamaşasına daxili baxış keçirilib.

xural.com-a daxil olan məlumatda bildirilir ki, janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru ƏR-Toğrul, rejissor assistenti Mədinə Hacıağayeva, quruluşçu rəssamı Naidə Əlimetova (teatrın baş rəssamı), musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada rolları – Dağıstanın əməkdar artisti Mahir Məlikov (Həsən), Canpolat Əliyev (İbrahim bəy), Dinşah Əbdulqafarov (Mirzə Mahmud), Saladunxan Bədirxanov (Veli), Təhminə Ömərova (Zərbəli), Məhərrəm Ömərov (Hüseyn), Mədinə Hacıağayeva (Gülya), Səidə Əliyeva (Nataşa), Şükufə Məlikova, Diləfruz Şıxməmmədova (Lətifə), Kəmalə Rzayeva (Sənubər), Rəhilə Ömərova (Səbinə), Zemfira Ağabəyova (İlhamə) ifa edirlər.

Tamaşa əsərdən fərqli şəkildə səhnləşdirildiyindən personajlarin adlarında dəyişikliklər edilib. Tanaşada hadisələr dəlixanada baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, – zaman və məkan dəyişsə də insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

Tamaşanın premyerasının sentyabr ayında teatr mövsümünün açılışı günündə oynanılması nəzərdə tutulur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button