Adəm Məmmədov barəsində intizam icraatı başladıldı

adem memmedov

Xural.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, bu gün tanınmış vəkil Adəm Məmmədov barəsində müştərisinin (müştərinin adı bizə məlum olsa da, bəzi etik səbəblərdən hələlik açıqlamırıq – Red.) şikayətinə baxılacaq.

Müştəri iddia edir ki, A.Məmmədov onun külli miqdarda pulunu mənimsəyib. Diqqətinizə çatdırırıq ki, A.Məmmədov intizam komissiyasının iclasında iştirak etməyib və komissiyaya heç bir izahat və sənəd verməyib.

Bildiririk ki, 2016-cı il ərzində bu, A.Məmmədov haqqında müştəriləri tərəfindən olunan 3-cü şikayətdir. Yeni ilin təzə başladığını nəzərə alsaq, bu, bir vəkil üçün həddindən artıq yüksək göstəricidir. A.Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə hörmətsizlik edib izahat və sənəd təqdim etməsinə baxmayaraq, Vəkillər Kollegiyası onun haqqında nədənsə heç bir tədbir görmür.

Qeyd edək ki, Vəkillər Kollegiyasında baş tutacaq bu iclas bu gün olacaq və xural.com olaraq nəticə haqqında məlumat yaymağa çalışacağıq.

Adəm Məmmədovun özünün münasibətini öyrənmək üçün onunla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz nəticə vermədi. Onun da münasibətini dərc etməyə hazırıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button