Ad, soyad dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək

777Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi üçün sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək 
Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edib.

Dəyişiklik Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sayının artırılması ilə bağlıdır.

Bundan sonra Ədliyyə Nazirliyi adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulunu və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsini elektron qaydada həyata keçirəcək.

apa.az

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button